son dəqiqə SON DƏQİQƏ
Zaur İsmayılov: “Məqsədimiz avrokuboklara vəsiqə qazanmaqdır" Vernidub: “Çalışacam ki, bir daha sizi məyus etməyim” Azər Məmmədov: “Qarabağ”la oyunun yerini doldurmaq istəyirdik” DÇ: Sonuncu gündə 1 gümüş və 1 bürünc medal Tovuzda qolsuz sülh, "Neftçi"dən darmadağın - Azər Bağırov: “Bu şəhər futbolla yaşayır” Kurban Berdıyev: “Hər kəs gördü ki, qoldur, bircə hakim görmədi” Ayxan Abbasovla İlqar Qurbanovun “Google Maps"i Tahir Gözel: “Bu yolu birlikdə davam etdirməliyik” “Kəpəz” I Liqa klubunu məğlub edib Yeni klubu bəlli oldu Bölgə təmsilçisi hücumçusu ilə müqavilə yenilədi Stadionda idman edən şəxs dünyasını dəyişdi Daha bir Azərbaycan klubu loqosunu dəyişdi Avropa ikincisi olmuş azərbaycanlı müvəqqəti güləşdən uzaqlaşdırıldı "Sabah"ın kritik pley-off matçının hakim təyinatları açıqlanıb "Xankəndi" müdafiəçi transfer edib Millimiz növbəti matçına çıxır Günün oyunları: "Şəfa" ilk qələbəsini belə qazandı "Zirə"dən ardıcıl 2-ci qalibiyyət DÇ: Ayxan Həsənlidən gümüş medal Premyer Liqa klublarının yay transferləri Azərbaycan karateçilərindən “Turkish Open”da iki gümüş medal Rəşad Sadıqov: “Transfer edəcəyimiz futbolçuların heç biri yerli çempionatdan deyil” Fərid Namazov: “Fərdi səhvlər etdik” MPL: "Şəfa" Qəbələ səfərindən 3 xalla qayıdır, "Zirə"dən inamlı qələbə - AVRO-2026: Belçika və Niderlanddan qələbə

“Yeni Üfüq” layihəsi çərçivəsində oyun keçirilib

Bölmə adı Futbol
Yayımlandı 26-05-2026, 18:46

SOCAR Midstream Gas Operations və onun Cənubi Qafqaz Boru Kəməri üzrə tərəfdaşlarının maliyyə dəstəyi ilə icra olunan “Yeni Üfüq – valideyn himayəsindən məhrum gənclərin məşğulluq qabiliyyətlərinin artırılması yolu ilə səlahiyyətləndirilməsi” layihəsi çərçivəsində futbol oyunu keçirilib.


Sport1.az xəbər verir ki, layihə çərçivəsində peşə təlimləri ilə yanaşı, gənclərin sosial-psixoloji rifahının dəstəklənməsi, komanda ruhunun inkişafı, sağlam həyat tərzinin təşviqi və asudə vaxtlarının səmərəli təşkili məqsədilə müxtəlif əlavə fəaliyyətlər də həyata keçirilir.


Futbol oyunu da bu istiqamətdə təşkil olunan sosial inkişaf fəaliyyətlərindən biri olub.
Tədbirin keçirilməsinə AFFA-nın Sosial və Ətraf Mühitin Dayanıqlılığı şöbəsi tərəfdaş qismində dəstək göstərib. AFFA tərəfindən iştirakçılar futbol formaları ilə təmin edilib, həmçinin oyunun keçirilməsi üçün meydança ayrılıb. Matçdan sonra tanınmış futbolçu, 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin analitiki Qara Qarayev tərəfindən qalib komandaya mükafatlar təqdim olunub.


Qeyd edək ki, 10 ay davam edən “Yeni Üfüq” layihəsi Bakıda internat məktəbləri və uşaq müəssisələrində yaşayan, valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş 15–18 yaşlı 80 gənci əhatə edir.

Müəllif: Cahan
OXŞAR XƏBƏRLƏR