
"Araz-Naxçıvan" Andrey Demçenko ilə yolları ayırıb.
Sport1.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Ukraynalı mütəxəssislə nəzərdə tutulan müqavilə müddəti başa çatıb.
Qeyd edək ki, o, 2026-cı ilin yanvarında bu vəzifəyə təyin olunub. Komanda onun rəhbərliyi altında 17 rəsmi oyun keçirib. Bu matçlardan 6-da qələbə qazanıb, 2-də heç-heçə edib.