
"Şamaxı" 5 futbolçusu ilə yollarını ayırıb.
Sport1.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Emil Süleymanov, Ramiz Muradov, Davud Mənsumov, Abdulla Rzayev və Səlim Həşimov ilə icarə müqavilələrinin müddəti başa çatıb və həmin futbolçular məxsus olduqları klublarına qayıdıb.