10:23 16.05.2025 189

Kaxaber Tsxadadze: "Qəbələ"nin 15-16 legioner almağa imkanı yoxdur"

"Möhtəşəm hisslər keçirirəm. Bu, böyük məsuliyyət idi".

Bunu Sport1.az-a açıqlamasında futbol üzrə Azərbaycan I Liqasının qalibi olan "Qəbələ" klubunun baş məşqçisi Kaxaber Tsxadadze deyib.

57 yaşlı mütəxəssis çempionluğu şərh edib: "Yeni komanda yaratmalı idik. Bunu bacardığımız üçün çox şadam. Üzərimdəki məsuliyyəti hiss edirdim, hətta buna görə narahat idim. Klubun prezidenti Fariz Nəcəfov mənə və köməkçilərimə güvənirdi. Qarşımıza qoyulan tapşırığın öhdəsindən gəldiyimiz üçün çox şadam. Hətta bunu çox gözəl yerinə yetirdik. Birmənalı olaraq belədir. Digər komandalara hörmət edirəm, amma "Qəbələ" onlardan bir baş üstün idi. Mövsümün bitməsinə 7 tur qalmış Premyer Liqaya vəsiqəni, 4 tur qalmış isə çempionluğumuzu təmin etdik. Bu, klubda olan hər kəsin əməyidir".

O, komandasının növbəti məqsədi barədə söz açıb: "Məqsədimiz təkcə Azərbaycan Premyer Liqasında yüksək yerlər tutmaq deyil, həm də avrokubokların əsas mərhələsinə vəsiqə qazanmaqdır".

Gürcü baş məşqçi mövsüm ərzində qarşılaşdığı çətinliklərə də diqqət çəkib: "Rəqib komandaların bizə qarşı motivasiyası 200 faiz idi. Digər tərəfdən, bu, bizi daha çox konsentrasiya edirdi. Burada iki məqam var: ya ruhdan düşüb zəifləyirsən, ya da daha güclü olursan. Yaxşı ki, bu gün biz daha da güclü olduq. Rəqiblərdə bizi məğlub etmək istəyinin yüksək olması bizə motivasiya verirdi. Onlardan güclü olduğumuzu sübut etməli idik. Bununla daha da irəli getməyi bacardıq. Futbolçulara afərin düşür. Klubun baş meneceri Səbuhi Səfiyarlıya istəklərimi yerinə yetirdiyi üçün təşəkkür edirəm. Ondan cari mövsümə heyətin 95 faizi ilə hazırlaşmaq istədiyimi bildirmişdim. Yalnız iki futbolçu birinci turdan sonra bizə qoşuldu. Qalanlarının hamısı bizimlə hazırlaşırdı, bu da üstünlüyümüz idi. İlk gündən həddindən artıq çox çalışırıq. Köməkçilərimə də təşəkkür edirəm. Futbolçuları düzgün istiqamətləndirməli idik, qalanını isə onların özləri etdilər".

O, "Qəbələ"ni elitaya yüksəltmək üçün həyəcan keçirdiyini söyləyib: "Köməkçilərim George Çıxradze və Miloş Yevtiçlə birgə müzakirələr apardıq. Həyatımızdakı bütün ambisiyaları kənara qoymalı olduğumuzu razılaşdıq. "Qəbələ"yə borclu olduğumuzu hiss edirdik və komandanı Premyer Liqaya qaytarmalı idik. Hiss etdirməsək də, çox həyəcanlı idik. Klub prezidenti Fariz Nəcəfova bizə güvəndiyi üçün təşəkkür edirəm. Sevinirik ki, həm onu, həm də azarkeşlərimizi məyus etmədik. Daha da güclü olmaq üçün buna qədər etdiyimizin ikiqatını etməliyik".

Tsxadadze Azərbaycan Premyer Liqasının gücləndiyini bildirib: "Bu il çox rəqabətli idi. Gələn il daha da artaracaq. "Qarabağ", "Neftçi", "Sabah", "Turan Tovuz" kimi komandalarla rəqabət apara bilmək üçün heyətimizi gücləndirməliyik. Səbuhi Səfiyarlı hansı mövqeyə transferin edilməli olduğunu bilir. Təxminən bir aydır ki, bunların üzərində işləyirik. Hələlik futbolçulara baxış keçiririk. Heyətimizdə çoxlu futbolçu var. Hələ ki qərar verməmişik, amma hansısa futbolçular bizimlə davam etməyə bilər. Çalışmalıyıq ki, nöqtə transferlər edək. "Qəbələ"nin 15-16 legioner almaq imkanı yoxdur. Hazırkı futbolçularla davam edəcəyik".

Tsxadadze "Qəbələ"nin kapitanı Asif Məmmədovu özünə köməkçi götürmək istədiyini də diqqətə çatdırıb: "Asif "Qəbələ" üçün böyük işlər görüb. Onunla çoxdan tanışıq, birlikdə işləmək mənə xoş olar. Şadam ki, onun yaxşı futbolçu olmasında rolum olub. Biz birlikdə "Standard" və "İnter"də də olmuşuq".
Hadisələri telegramda anında izləyin!
Keçid et

XƏBƏR LENTİ

11:30

Dünya çempionatında dördüncü ayrılıq

11:11

Məşhur futbolçu Braziliya klubuna qayıtdı

10:48

Bundesliqa klubunda yeni baş məşqçi

10:29

Mourinyo "Aresnal"ın müdafiəçisini istəyir

10:02

“Qarabağ”dan ayrılan Buntiçin yeni klubu - RƏSMİ

09:45

DÇ-2026: Altı komanda pley-offda

09:20

Əlcəzair İordaniyanı məğlub etdi

09:10

Norveçdən ikinci qələbə

09:00

DÇ-2026: Fransa pley-off-a vəsiqəni təmin etdi

00:53

41 yaşlı futbolçu sabiq klubuna qayıtdı

23:56

Messidən Dünya Çempionatında yeni rekord

23:34

Sərbəst güləşdə ilk çempionlar müəyyənləşib

22:58

DÇ-2026: Argentinadan növbəti qələbə

22:32

“İmişli”də yeni müqavilə - RƏSMİ

21:58

I Liqadan Premyer Liqaya - RƏSMİ

21:39

“Barselona”nın futbolçusu Yunanıstan klubunda

20:57

Millimizin üzvləri Fərid Qayıbovla görüşdü

20:37

Bundesliqa klubunda yeni təyinat

20:12

DÇ-2026: Argentina - Avstriya: HEYƏTLƏR

19:54

Daha 2 çəki dərəcəsində qaliblər müəyyənləşib

19:26

Parabadmintonçumuz beynəlxalq turnirdə üçüncü olub

18:33

Millimiz yoxlama matçları keçirəcək

18:00

“Qarabağ”ın heyətində kimlər yer alıb?

17:30

Almaniya millisində itki

17:13

Millimizin rəqibləri bəlli oldu

17:07

"Fənərbağça" futbolçusu ilə vidalaşa bilər

16:50

Mundialda unikal rekord

16:29

Futbolçunu tənqid edən aparıcı işdən çıxarıldı

16:06

Türkiyə nəhəngi milli üzvünü istəyir

15:46

"Qarabağ" iki oyunçu ilə vidalaşdı - RƏSMİ

15:30

Fransa - İraq matçı təxirə salına bilər

15:05

Lukaku üçüncü oldu

14:49

Dünya çempionatında nadir hadisə

14:31

Serbiyada bürünc medal

14:04

DÇ-2026: Günün oyunları

13:50

Bölgə təmsilçisindən transfer

13:22

"Qarabağ"ın rəqibi qələbə qazandı

13:03

"İmişli"də ayrılıq

12:47

"Sabah"ın rəqibləri bilindi

12:28

AFFA rəsmisinə təyinat

12:02

Salah yenə ön planda

11:50

"Araz-Naxçıvan"dan növbəti transfer - RƏSMİ

11:35

Elvin Cəfərquliyev bağışlandı?

11:02

Lamin Yamal ikinci pilləyə yüksəldi

10:50

“Qəbələ”ni Ermənistan klubuna dəyişdi

10:29

"Liverpul" təklifi qəbul etmədi

10:01

Türkiyə klubu Yankoviç üçün danışıqlara başladı

09:45

Məşhur futbolçu tribuna yatdı

09:20

DÇ-2026: Misirdən qələbə

09:10

Kabo Verde növbəti xalını qazandı

09:00

Belçika İranla heç-heçə etdi

00:47

DÇ-2026: İspaniyadan darmadağın

23:20

Güləşçimizdən Batumidə qızıl medal

21:45

“Qarabağ”dan növbəti transfer

20:49

Boksçularımız Olimpiya ümidləri turnirində 12 medal qazanıblar

19:23

“Neftçi”də iki yeni müqavilə - RƏSMİ

18:18

Taekvondoçumuzdan Avropa çempionatında bürünc medal

16:26

“Sabah”da ayrılıq - RƏSMİ

11:23

Millimiz Portuqaliya ilə üz-üzə gələcək

09:58

DÇ-2026: Yaponiya Tunisi darmadağın etdi

23:54

Rəşad Sadıqov: “7-8 transfer olacaq”

23:18

Hüseyn İsmayılovun 70 illik yubileyi qeyd olundu - FOTOLAR

22:58

DÇ-2026: Niderlanddan darmadağın

22:26

Qurban Qurbanov: “Hər mövqe üçün futbolçularla danışıqlar gedir”

21:58

“İmişli”də yeni təyinat - RƏSMİ

21:36

“Turan Tovuz” iki futbolçusu ilə yollarını ayırdı - RƏSMİ

20:57

“Qarabağ” “Zirə”ni məğlub etdi

20:33

Kazemironun yeni klubu bəlli oldu

20:18

DÇ-2026: Niderland - İsveç: HEYƏTLƏR

19:57

“Neftçi”də yeni müqavilə - RƏSMİ