10:35 24.09.2025 149

Cavid İmamverdiyev: "Neftçi"nin pis günlərində üzülən, uğurlarına sevinən adamam" - MÜSAHİBƏ

"Şəki"nin kapitanı Cavid İmamverdiyevin Sport1.az-a müsahibəsi...

- "Qaradağ Lökbatan"a 2:3 hesabı ilə uduzdunuz. Bu, mövsümdə ilk məğlubiyyətiniz idi. Nə baş verdi?
- İlk hissədə meydanda istədiyimiz oyunu sərgiləyə bilmədik. Olduqca sistemsiz, zəif çıxış etdik. Rəqibin hesabı açmasına şərait yaratdıq. Fasilədən sonra isə tədricən toparlanmağa çalışsaq da, heç nədən iki qol buraxdıq. Hesab 3:0 olandan sonra daha aqressiv və dominant futbol oynamağa başladıq. Mövsümdəki ilk ev oyunumuzda qələbə qazanmaq, ən azı məğlubiyyətdən qaçmaq istəyirdik ki, alınmadı. Futboldur. Udmaqla yanaşı, uduzmağı da gözə almalısan. Bu məğlubiyyətdən dərs çıxararaq qarşıdakı oyunlara daha yaxşı hazırlaşacağıq.

- Əvvəlki iki turda maksimum nəticə göstərmişdiniz. Hətta "Araz Saatlı"nı səfərdə 12 qol vurmaqla darmadağın etmişdiniz. Ardıcıl qələbələr komandada arxayınlaşmasına səbəb olmayıb?
- Qətiyyən! Bundan söhbət belə gedə bilməz. Hər oyuna qələbə üçün çıxırıq, məqsədimiz çempionluqdur. Təcrübəli və gənc futbolçuların vəhdətindən qurulan komandayıq. Könül istərdi ki, "Qaradağ Lökbatan"ı da məğlub edib, uğurlu seriyamızı davam etdirək. Amma alınmadı. Mövsüm hələ yeni başlayıb. Ruhdan düşməyib, irəli boylanacaq və addımlayacağıq.

- Meydanda əzmkarlığın və dubl etməyinlə diqqət çəkdin. Bu barədə nə deyə bilərsən?
- Qollar vurduğuma görə sevincliyəm. Çox istəyərdim ki, fərqlənməyimlə komandamın qələbəsinə də tövhə verim. Çalışacam ki, gələn oyunlarda qollarımla yanaşı, "Şəki"nin qalib gəlməsinə də sevinim.

- Hazırda bombardilər yarışında lidersən. Sona qədər əlçatmaz qala biləcəksənmi?
- Əsas məqsədim həmişə komandama faydalı olmaq olub. Şəxsi uğurlarımı ikinci planda görmüşəm. Bu il çempion olmağımızı çox istəyirəm. Təbii ki , qollarımı sıralayıramsa, hamını qabaqlayaraq bombardirlik taxtında da əyləşmək arzusundayam.

- Hazırda yaxşı formadasan. Yaxın gələcəkdə səni I Liqa və ya elitada görə bilərik?
- Futbolda hər şey ola bilər. Peşəkar liqalarda oynamağım istisna deyil. Hazırda bütün diqqətimi komandamın daha da inkişaf etməsinə və irəliləməsinə yönəltmişəm. "Şəki"də həm baş məşqçimiz, həm rəhbərlik, həm də futbol kollektivim, yaxşı, hörmət etdiyim kəslərdir. Çox istəyərdim ki, Şəki təmsilçisiylə çempion olaraq I Liqada çıxış edim.

- Yetirməsi olduğun "Neftçi" axır ki, mövsümdə ilk qələbəsini qazandı. Bu barədə nə deyərdin?
- "Neftçi"nin pis günlərində üzülən, uğurlarına sevinən adamam. "Ağ-qaralar"ın "Sumqayıt" üzərində qələbəsinə görə çox sevinirəm. Başda Samir müəllim olmaqla bütün komandanı təbrik edirəm. Arzu edirəm ki, bu qələbənin ardı gələr...

MİRZƏ S.
Hadisələri telegramda anında izləyin!
Keçid et

XƏBƏR LENTİ

00:23

"Turan Tovuz" yay təlim-məşq toplanışının ilk mərhələsinə start verdi

23:45

Noyerdən yeni rekord

23:05

DÇ-2026: Almaniya debütantı darmadağın etdi

22:36

İdmançımız Rabatda keçirilən Karate1 Premyer Liqasında qızıl medal qazanıb

21:46

Azərbaycanlı qrossmeyster Özbəkistanda çempionluğunu rəsmiləşdirdi

20:15

Millimiz Avropa Kubokunun finalında

19:07

“Atletiko”nun qolkiperi İtaliya klubuna keçə bilər

18:05

Dibala gələcəyi ilə bağlı qərarını verdi

16:53

Yeniyetmə cüdoçular arasında region birinciliyi keçirilib

15:13

Avropa Liqası: Millimiz İspaniya ilə qarşılaşacaq

14:30

"Qarabağ"dan növbəti transfer həmləsi: Portuqaliyadan müdafiəçi gəlir

14:17

“Araz-Naxçıvan”dan ayrıldı, ölkəsində çıxış edəcək

11:52

8 şahmatçımız dünya çempionatında iştirak edəcək

10:53

“Şamaxı”da məşqçi heyəti bəlli oldu

09:54

DÇ-2026: Türkiyə Avstraliya ilə bacarmadı

00:38

La Liqa klubunda yeni müqavilə - RƏSMİ

00:23

"Qarabağ"dan növbəti transfer: Portuqaliyadan oyunçu gəlir

23:12

“Arsenal”ı “Bornmut”a dəyişə bilər

22:27

Avstriya millisində yeni müqavilə

21:54

Millilərimiz Avropa Kubokunun seçmə mərhələsində yarımfinal oyunlarında mübarizə aparacaq

21:31

“Barselona”nın futbolçusu Fransa klubunun radarında

20:57

Premyer Liqa klubunda yeni müqavilə - RƏSMİ

20:22

Avarçəkənlərimizdən Dünya Kubokunda bürünc medal

19:58

Yaya Ture Slovakiya klubunda - RƏSMİ

19:33

“Liverpul”un futbolçusu Premyer Liqada klubunu dəyişə bilər

18:54

Atletika üzrə ölkə çempionatına yekun vurulub

18:23

Braziliya millisinin sabiq üzvü VƏFAT ETDİ

18:00

DÇ-2026-da yeni rekord

17:30

"Arsenal" 40 milyon ödəməyə hazırdır

17:07

İnfantinonun zarafatından narazı qaldılar

16:46

Bundesliqa klubunun danışıq apardığı mütəxəssis

16:23

Mundialda tarixi nailiyyət

16:00

Dünya çempionatından sonra ayrılıq

15:45

Kyeza ölkəsinə qayıda bilər

15:29

Ronaldonu geridə qoydu

15:05

“Titulu qazanmaq üçün buradayıq”

14:44

“24 ildir gözlədiyimiz oyundur”

14:14

"Liverpul"dan London klubuna?

13:53

"Futbolçular böyük tərifə layiqdirlər"

13:43

“Turan Tovuz”a 3 milyonluq sponsor dəstəyi gəlir

13:26

"Şəfa"da yeni müqavilə - RƏSMİ

13:03

İngiltərə millisi üçün xoşagəlməz hadisə

12:12

25 milyonluq təklif

11:51

Təlim-məşq bazasının yaxınlığında cəsəd tapıldı

11:27

Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA

11:01

Levandovski ABŞ yolunda

10:49

Klub məşhur futbolçu ilə vidalaşdı

10:30

Futbol tarixində ilk

10:10

"Real" futbolçusunu bu ölkənin klublarına təklif etdi

09:50

Neymar ilk oyunu buraxacaq

09:29

PSJ "Monako"nun futbolçusunu istəyir

09:00

ABŞ millisi dünya çempionatına qələbə ilə başladı

00:58

DÇ-2026: Ev sahibi Bosniya və Herseqovina ilə bacarmadı - YENİLƏNİB

23:56

MOK-un nümayəndə heyəti AOK-un 55-ci Baş Assambleyasında iştirak edir

23:12

“Sabah”dan növbəti transfer - RƏSMİ

22:57

“Arsenal”ın futbolçusu “Beşiktaş” yolunda

22:27

Yaponiya millisinin üzvü Bundesliqa klubunda

21:56

“Yuventus”da rəhbər dəyişikliyi

21:39

Lənkəran və Astarada güləş zallarına baxış keçirilib

20:54

Atletika üzrə ölkə çempionatına start verilib

20:42

Qış İdman Növləri Federasiyasının nümayəndələri FİS-in Beynəlxalq Xizək Konqresində iştirak ediblər

20:23

İtaliya klubunun yeni baş məşqçisi bəlli oldu

19:58

“Gəncə”dən yeni transfer

19:37

30 yaşlı hücumçu yenidən “Porto”da

19:28

AFFA-da klub nümayəndələri ilə görüş keçirilib

18:56

A Seriyası klubunda yeni təyinat - RƏSMİ

18:31

Millimiz Çində Dünya Kubokunda çıxış edəcək

18:00

"Barselona"dan Torres qərarı

17:30

"Sabah"ın yeni transferi üçün ödədiyi məbləğ

17:07

MLS klubu fransalı futbolçu ilə razılığa gəldi