son dəqiqə SON DƏQİQƏ
Zaur İsmayılov: “Məqsədimiz avrokuboklara vəsiqə qazanmaqdır" Vernidub: “Çalışacam ki, bir daha sizi məyus etməyim” Azər Məmmədov: “Qarabağ”la oyunun yerini doldurmaq istəyirdik” DÇ: Sonuncu gündə 1 gümüş və 1 bürünc medal Tovuzda qolsuz sülh, "Neftçi"dən darmadağın - Azər Bağırov: “Bu şəhər futbolla yaşayır” Kurban Berdıyev: “Hər kəs gördü ki, qoldur, bircə hakim görmədi” Ayxan Abbasovla İlqar Qurbanovun “Google Maps"i Tahir Gözel: “Bu yolu birlikdə davam etdirməliyik” “Kəpəz” I Liqa klubunu məğlub edib Yeni klubu bəlli oldu Bölgə təmsilçisi hücumçusu ilə müqavilə yenilədi Stadionda idman edən şəxs dünyasını dəyişdi Daha bir Azərbaycan klubu loqosunu dəyişdi Avropa ikincisi olmuş azərbaycanlı müvəqqəti güləşdən uzaqlaşdırıldı "Sabah"ın kritik pley-off matçının hakim təyinatları açıqlanıb "Xankəndi" müdafiəçi transfer edib Millimiz növbəti matçına çıxır Günün oyunları: "Şəfa" ilk qələbəsini belə qazandı "Zirə"dən ardıcıl 2-ci qalibiyyət DÇ: Ayxan Həsənlidən gümüş medal Premyer Liqa klublarının yay transferləri Azərbaycan karateçilərindən “Turkish Open”da iki gümüş medal Rəşad Sadıqov: “Transfer edəcəyimiz futbolçuların heç biri yerli çempionatdan deyil” Fərid Namazov: “Fərdi səhvlər etdik” MPL: "Şəfa" Qəbələ səfərindən 3 xalla qayıdır, "Zirə"dən inamlı qələbə - AVRO-2026: Belçika və Niderlanddan qələbə

Məşqçilər üçün maarifləndirici vebinarlar davam edir

Bölmə adı Futbol
Yayımlandı 27-05-2026, 13:07

AFFA-nın Futbol Təhsili üzrə Vebinarlar təşəbbüsü çərçivəsində təşkil olunan “Uşaq və gənclərlə iş” silsiləsinin ikinci onlayn seminarı keçirilib.


Sport1.az xəbər verir ki, “Uşaq psixologiyası və motivasiya” mövzusuna həsr olunan vebinarda 20-yə yaxın klubun nümayəndəsi iştirak edib.


 Tədbir AFFA-nın Futbolun İnkişafı Departamentinin rəhbəri, məşqçi-mütəxəssis Sərxan Hüseynov tərəfindən keçirilib.

Sessiya zamanı məşqçi davranışının uşağın psixologiyasına təsiri, daxili və xarici motivasiya, özünü müəyyənləşdirmə nəzəriyyəsi, effektiv ünsiyyət və geribildirim mövzuları müzakirə olunub. İştirakçılar həmçinin praktik ssenari əsasında uşaqlarla iş zamanı məşqçinin yanaşması, emosional reaksiyaların düzgün idarə edilməsi və dəstəkləyici məşq mühitinin yaradılması barədə fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, vebinar çərçivəsində iştirakçılarla əlavə praktiki resurslar da paylaşılır. Birinci onlayn görüşün sonunda iştirakçılara məşq sessiyası yoxlama siyahısı və mövzu üzrə faydalı məlumatların yerləşdirildiyi Məşq Sessiyası Yoxlama Siyahısı adlı iş aləti təqdim olunub. İkinci vebinarın sonunda isə iştirakçılarla “Məşqçi güzgüsü” adlı iş aləti paylaşılaraq məşqçilərin öz davranışlarını, ünsiyyət tərzini və məşq mühitinə təsirini refleksiya etməsinə dəstək göstərilib.

Futbol təhsili sahəsində maarifləndirici vebinarların mütəmadi olaraq keçirilməsi nəzərdə tutulur. İlkin mərhələdə məşqçilər üçün başladılan bu təşəbbüsün növbəti mərhələlərdə digər hədəf qruplarını da əhatə etməsi planlaşdırılır.

Müəllif: Mirze
OXŞAR XƏBƏRLƏR