son dəqiqə SON DƏQİQƏ
Triatlonçularımız Misirə yollanıb ● İntizam Komitəsinin iclası keçirilib ● Millimiz FIFA reytinqində geriləyib ● Dünya ikincisi oldu ● Cüdoçumuzdan Dünya Çempionatında bürünc medal ● Yığmamız “Antalyaspor”la üz-üzə gələcək ● U-23 Dünya Çempionatı: ABŞ-də ölkəmizi bu idmançılar təmsil edəcək ● I Liqa: "Şahdağ Qusar" "Zaqatala"nı evdə məğlub edib ● AFFA rəsmisinə UEFA-dan təyinat ● "Sabah"ın mükafatlandırılan futbolçusu təqdirəlayiq addım atdı ● "Bu gün sizi sevindirə bilmədim, amma sevginiz mənə güc verdi" ● "Qaradağ Lökbatan" və "Ağstafa Gəncləri"ndən böyükhesablı qələbə ● "Bunun öhdəsindən gələ bildim" ● "Səbail" hücumçu transfer etdi ● Dünya Çempionatı: Zelim Tçkayev qızıl medalın bir addımlığındadır ● DÇ: Zelim Tçkayev yarımfinalda! ● Dünya Çempionatı: Ömər Rəcəbli bürünc medal görüşünə çıxacaq ● Cüdo üzrə Dünya Çempionatı: Vüsal Qələndərzadə 1/8 finalda uduzub ● AÇ-2028: Millimiz seçmə mərhələdə 5-ci səbətdə yer alacaq ● DÇ: Zelim Tçkayev 1/4 finalda ● Ömər Rəcəbəli 1/4 finala yüksəldi ● Vüsal Qələndərzadə növbəti raunda yüksəldi ● DÇ: Ömər Rəcəbli 1/8 finalda ● "Təbrik etdi, xoş sözlərdən başqa bizə nə deyə bilərdi?!" ● "Bunlardan birini bacardıq və bir iz buraxdıq" ● Cüdo üzrə Dünya Çempionatı: Zelim Tçkayev 1/8 finala vəsiqə qazanıb ● Günün oyunları: ● Cüdo üzrə Dünya Çempionatı: Vüsal Qələndərzadə qələbə ilə start verdi ●

Qəzənfər Abbasov: “Qaradağ Lökbatan”la işim bitib”

Bölmə adı I Liqa
Yayımlandı 27-05-2026, 18:47

Azərbaycanın 2-ci liqa təmsilçisi “Qaradağ Lökbatan” bu gün 1-ci liqanı turnir cədvəlinin 9-cu pilləsində tamamlayan “Şimal”la pley-off matçında üz-üzə gəlib.


Sport1.az xəbər verir ki, Şamaxı şəhər stadionunda keçirilən matçdan sonra Lökbatan təmsilçisinin baş məşqçisi Qəzənfər Abbasovun mətbuat konfransı keçirilib.


Abbasov 1:2 hesabı ilə qalib məğlub olduqları oyun belə şərh edib:


“Rəqibi təbrik edirəm. Oyuna yaxşı başlamışdıq. Rəqibi yaxşı təhlil etmişdik. İlk hissədə yaxşı çıxış etdik. Təkcə qol çatışmırdı. İkinci hissədə qol vurduq. Daha sonra uşaqlarda həyəcan yarandı, qol buraxdıq. 1-ci liqa komandasına qarşı çıxış edirdik. Liqalar arasında da fərq var. Onlar mövsümboyu ağır oyunlar keçiriblər. Hissənin son dəqiqələrində oyunçularda fiziki yorğunluq hiss olunurdu.


Rəqib ikinci qolu elə bir vaxtda vurdu ki, vaxtımız da çatmadı oyunçuları toparlayaq. Mən bu kluba gələndə məqsədimiz komandanı Birinci Liqaya çıxarmaq idi. Əlimizdən gələni etdik, təəssüf ki, bacarmadıq. Bundan sonra necə olacağını bilmirəm. Sırf mənim missiyam komandanı 1-ci liqaya çıxartmaq idi.


Sabir Allahquliyevin artıq çəkisi var. Ona görə də oyunun əvvəlindən buraxmadıq. Sona 10 dəqiqə qalmış buraxdıq ki, qabaqda top saxlasın. Onun bizim komandaya çox köməyi dəyib. Təcrübəli futbolçudur. Digər tərəfdən ona görə o futbolçunu buraxdıq ki, irəlidə top saxlasın. Sadəcə sonradan gördük ki, vaxt qalmayıb. Birinci olaraq məqsədimiz komandanı 1-ci liqaya yüksəltmək idi. Mən o etimadı doğrultmadım. Necə olacağını bilmirəm. Şəxsən mənim üçün bu komanda ilə işim bitib. Desələr ki, gəl komandanı çalışdır, ondan sonra oturub danışmaq olar”.


“Qaradağ Lökbatan” növbət mövsümdə də çıxışını 2-ci liqada davam etdirəcək.

Müəllif: Cahan
OXŞAR XƏBƏRLƏR