
"Rosario Sentral" Argentina Əsas Liqasının çempionu oldu.
Sport1.az xəbər verir ki, Anxel Di Marianın da çıxış etdiyi klub bu titula 37 ildən sonra ilk dəfə nail oldu.
Onlar son dəfə 1987-ci ildə çempionluq yaşamışdılar.
Qeyd edək ki, komandasının çempionluğunda əsas pay sahiblərindən biri olan Di Maria meydana çıxdığı 15 görüşdə 7 qol və 3 məhsuldar ötürməyə imza atıb.