
Azərbaycan qılıncoynadanları Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanıb.
Sport1.az xəbər verir ki, şpaqa növü üzrə qadınlardan ibarət millimiz komanda yarışının finalında Özbəkistan seçməsi ilə üz-üzə gəlib.
Həlledici qarşılaşmada rəqibinə 38:39 hesabı ilə məğlub olan yığmamız turniri ikinci pillədə başa vurub.