son dəqiqə SON DƏQİQƏ
Türkiyə millisi Belçikaya, Gürcüstan Macarıstana uduzub ● “Sumqayıt”ın baş məşqçisi: “Müəyyən problemlər yaşadıq” ● Bakıda keçirilən Dünya Kubokunda yeni rekord ● AÇ: Boksçularımızın ilk rəqibləri məlum olub ● “Sumqayıt” mövsümə qələbə ilə başladı ● Millimizin rəqibləri bəlli olub ● II Liqa: VI turun təyinatları açıqlanıb ● Millimizin heyətində dəyişiklik ● “Kəpəz” I Liqa təmsilçisi ilə üz-üzə gəlib ● “Fənərbağça” “Turan Tovuz” üçün Bakıda ● Azərbaycan klubu beynəlxalq turnirdə çıxış edəcək ● “Neftçi” “Araz-Naxçıvan”a qalib gəlib ● Bakıda yeni xizək mərkəzi fəaliyyətə başlayıb ● Premyer Liqa klublarının yay transferləri ● "Səbail"dən böyükhesablı qələbə ● "Turan Tovuz" - "Fənərbağça" oyunu: ● II Liqada 7-ci və 8-ci turun oyun cədvəli açıqlanıb ● "Kəpəz" yoxlama matçına çıxıb ● Şəkidə bədii gimnastika üzrə regional yarış təşkil olunacaq ● Tiranadakı beynəlxalq turnirdə iştirak edəcək idmançılar bəlli olub ● Respublika Stadionunda tarixi oyun: "Neftçi" yenidən "Spartak"la üz-üzə ● "1 və ya 3 xal qazanmaq üçün bəzən bir qədər bəxt amili də lazımdır" ● ML: Azərbaycan millisinin Litva ilə qarşılaşmasının hakim təyinatları ● Cahangir Fərəcullayevin xarabalığa çevirdiyi Azərbaycan futbolu ● "Neftçi" azarkeşləri üçün növbəti kampaniyaya start verdi ● Üzgüçülük üzrə Dünya Kuboku: Yarışın ikinci gününə start verilir ● "Biz epizodlarımızı dəyərləndirə bilsəydik, 6-7 qol vura bilərdik" ● "Mental olaraq hazırda komandamız yaxşı durumda deyil" ●

“Qarabağ”la oyun ərəfəsində “Napoli”nin heyət problemi dərinləşir

Bölmə adı Çempionlar Liqası
Yayımlandı 19-11-2025, 15:47


“Napoli”nin Çempionlar Liqasının növbəti turunda “Qarabağ”a qarşı keçirəcəyi oyunda daha üç futbolçunun iştirak etməyəcəyi bəlli olub.

Sport1.az İtaliya mediasına istinadən xəbər verir ki, Leonardo Spinazzola, Billi Gilmur və Romelu Lukaku Neapoldakı qarşılaşmada meydana çıxmayacaq.

Spinazzola və Gilmur hazırda fərdi bərpa prosesindədir və yaxın günlərdə komanda məşqlərinə qoşulmaları gözlənsə də, nə A Seriyasında “Atalanta” ilə oyuna, nə də Çempionlar Liqasındakı “Qarabağ” matçına qədər hazır olmaları real görünmür. Lukakunun isə noyabrın 30-da “Roma” ilə matçda dönə biləcəyi bildirilir.

Bununla yanaşı, Romelu Lukaku ümumiyyətlə Çempionlar Liqası üçün iştirak ərizəsinə daxil edilməyib, bu səbəbdən onun “Qarabağ” qarşılaşmasında oynamaq imkanı yoxdur.

Daha əvvəl qapıçı Aleks Meret, yarımmüdafiəçilər Andre Zambo-Anqissa və Kevin De Bröynenin də zədə səbəbindən matçı buraxacağı açıqlanmışdı.

Qeyd edək ki, “Napoli” – “Qarabağ” görüşü noyabrın 26-da Neapoldakı “Dieqo Armando Maradona” stadionunda keçiriləcək.


Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR