Osimhenin son vəziyyəti bəlli oldu

Bölmə adı Türkiyə
Yayımlandı 19-11-2025, 13:51

Qalatasaray"ın forvardı Viktor Osimhenin son durumu bəlli olub.

Sport1.az xəbər verir ki, aparılan müayinəsinədən sonra nigeriyalı hücumçunun sol arxa əzələsində orta dərəcəli gərilmə və kiçik qanama aşkarlanıb. Futbolçunun müalicə prosesinə artıq start verilib.

Məlumata görə, Nigeriya millisinin heyətində zədələnən forvard "Gençlerbirliyi" ilə oyunda meydana çıxa bilməyəcək.

Müəllif: Sport1.az