
"Beşiktaş" "Vilyareal"ın yarımmüdafiəçisi Santi Komesana ilə maraqlanır.
Sport1.az xəbər verir ki, İstanbul təmsilçisi 29 yaşlı yarımmüdafiəçi üçün qışda rəsmi təklif göndərəcək.
Qeyd edək ki, Komesana bu mövsüm "Vilyareal" forması ilə meydana çıxdığı 16 görüşdə 3 qol və 2 məhsuldar ötürməyə imza atıb.