Nuri Şahin Rusiya klubunu çalışdıra bilər

Bölmə adı Türkiyə
Yayımlandı 18-11-2025, 09:52

Türkiyəli baş məşqçi Nuri Şahin Rusiya klubunu çalışdıra bilər.

Sport1.az xəbər verir ki, "Dinamo Moskva" onu baş məşqçi postuna gətirməyi planlaşdırır.

37 yaşlı mütəxəssis sentyabrın əvvəlindən "Başakşehir"ə rəhbərlik edir.

Bundan əvvəl o, 2024-cü ilin iyulundan 2025-ci ilin yanvarına qədər "Borussiya"da (Dortmund) işləyib.

Nuri futbolçu kimi “Borussiya”(Dortmund), “Feyenoord”, “Real”(Madrid), “Liverpul”, “Verder”, “Antalyaspor” komandalarında oynayıb.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR