son dəqiqə SON DƏQİQƏ
Türkiyə millisi Belçikaya, Gürcüstan Macarıstana uduzub ● “Sumqayıt”ın baş məşqçisi: “Müəyyən problemlər yaşadıq” ● Bakıda keçirilən Dünya Kubokunda yeni rekord ● AÇ: Boksçularımızın ilk rəqibləri məlum olub ● “Sumqayıt” mövsümə qələbə ilə başladı ● Millimizin rəqibləri bəlli olub ● II Liqa: VI turun təyinatları açıqlanıb ● Millimizin heyətində dəyişiklik ● “Kəpəz” I Liqa təmsilçisi ilə üz-üzə gəlib ● “Fənərbağça” “Turan Tovuz” üçün Bakıda ● Azərbaycan klubu beynəlxalq turnirdə çıxış edəcək ● “Neftçi” “Araz-Naxçıvan”a qalib gəlib ● Bakıda yeni xizək mərkəzi fəaliyyətə başlayıb ● Premyer Liqa klublarının yay transferləri ● "Səbail"dən böyükhesablı qələbə ● "Turan Tovuz" - "Fənərbağça" oyunu: ● II Liqada 7-ci və 8-ci turun oyun cədvəli açıqlanıb ● "Kəpəz" yoxlama matçına çıxıb ● Şəkidə bədii gimnastika üzrə regional yarış təşkil olunacaq ● Tiranadakı beynəlxalq turnirdə iştirak edəcək idmançılar bəlli olub ● Respublika Stadionunda tarixi oyun: "Neftçi" yenidən "Spartak"la üz-üzə ● "1 və ya 3 xal qazanmaq üçün bəzən bir qədər bəxt amili də lazımdır" ● ML: Azərbaycan millisinin Litva ilə qarşılaşmasının hakim təyinatları ● Cahangir Fərəcullayevin xarabalığa çevirdiyi Azərbaycan futbolu ● "Neftçi" azarkeşləri üçün növbəti kampaniyaya start verdi ● Üzgüçülük üzrə Dünya Kuboku: Yarışın ikinci gününə start verilir ● "Biz epizodlarımızı dəyərləndirə bilsəydik, 6-7 qol vura bilərdik" ● "Mental olaraq hazırda komandamız yaxşı durumda deyil" ●

Argentinada polis futbolçulara qarşı bibər qazından istifadə edib

Bölmə adı Futbol
Yayımlandı 17-11-2025, 22:35

Argentina birinci liqasına yüksəlmək uğrunda pley-off yarımfinalında “Deportivo Madrin” ilə “Deportivo Moron” arasında keçirilən görüşdən sonra meydanda ciddi gərginlik yaşanıb.

Sport1.az xəbər verir ki, ev sahibi komanda 1:0 hesabı ilə qalib gəldikdən sonra qonaqların futbolçuları baş hakim Pablo Eçavarrianın qərarlarına etiraz ediblər. Xüsusilə qola səbəb olan cərimə zərbəsinin mübahisəli olması narazılığı daha da artırıb.

Hakimə yönələn etirazlara qonaq komandanın məşqçiləri və bəzi azarkeşlər də qoşulub və meydanda vəziyyət nəzarətdən çıxıb. Gərginliyi sakitləşdirmək üçün polis müdaxilə edib, qalxan və bibər qazından istifadə edilib.

Qeyd edək ki, “Deportivo Madrin” pley-off finalında “Estudyantes Rio Kuarto” ilə qarşılaşacaq.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR