Azərbaycan karateçiləri Türkiyədə keçirilən turnirdə 4 medal qazandı - FOTOLAR

Bölmə adı Karate
Yayımlandı 17-11-2025, 22:14

Türkiyənin Çanaqqala şəhərində “Dardanelles Karate Championship” karate turniri keçirilib.

Sport1.az AKF-yə istinadən xəbər verir ki, azərbaycanlı idmançılar yarışda dörd medal qazanıblar.

Məhəmməd Kazımlı birinci, Qəhrəman Rzaquliyev isə ikinci yeri tutublar. Əliəşrəf Qafarov və Hüseyn Babayev isə bürünc medala yiyələniblər.

İdmançıların hazırlığına məşqçi Asiman Qurbanlı rəhbərlik edib.


Müəllif: Zafar Hajili