
"Aston Villa"nın hücumçusu Ceydon Sanço hazırda agenti ilə birgə İstanbul şəhərindədir.
Sport1.az xəbər verir ki, ingiltərəli futbolçunun "Fənərbağça" ilə danışıqlar aparmaq üçün burada olduğu qeyd olunur.
"Villa" ilə uğursuz mövsüm keçirən vingerin məxsus olduğu "Mançester Yunayted" klubu da onu istəmədiyindən, transferin reallaşması yüksək ehtimal qiymətləndirilir.