
"Real Madrid" 2 futbolçusu ilə yollarını ayırmaq qərarına gəlib.
Sport1.az xəbər verir ki, "kral klubu" David Alaba və Antoni Rüdigeri mövsüm sonu komandadan göndərmək istəyir.
Madrid təmsilçisi müqavilə ilə son mövsümünü keçirən 2 oyunçuya yeni sözləşmə təklif etməyəcək.
Qeyd edək ki, David 2021, Antoni isə 2022-ci ildən "Real Madrid"in şərəfini qoruyur.