
"Qalatasaray" "Vulverhempton"un yarımmüdafiəçisi Con Ariası heyətinə qatmağı planlaşdırır.
Sport1.az xəbər verir ki, İstanbul təmsilçisi braziliyalı futbolçunu qışda icarələmək istəyir.
Yay pəncərəsində baha qiymətinə görə Okan Burukun transferindən imtina etdiyi oyunçu Premyer Liqa təmsilçisində özünü doğrulta bilmir.