
“Liverpul”un müdafiəçisi İbrahima Konate müqavilə danışıqları barədə danışıb.
Sport1.az xəbər verir ki, fransalı futbolçu hazırda gedən prosesin mediada yanlış təqdim edilməsinin azarkeşlərlə münasibətlərinə təsir etdiyini bildirib:
“Bu məsələ mürəkkəbdir. Hər şeyi açıq şəkildə deyə bilmirik, çünki mediada artıq kifayət qədər iddia səsləndirilib. Bəzən oxuduqlarım dəhşətdir. Bu, məni “Liverpul” azarkeşləri qarşısında çətin vəziyyətə salır. Onlar məsələnin bütün incəliklərini bilmirlər”.
Qeyd edək ki, Konatenin müqaviləsi 2026-cı ilin yayında başa çatır. 26 yaşlı mərkəz müdafiəçisi 2021-ci ildən Mersisayd təmsilçisinin formasını geyinir. Mətbuatda onunla “Real Madrid”in maraqlandığı da bildirilir.