son dəqiqə SON DƏQİQƏ

"Liverpul"u 3-cü dəfə rədd etdi

Bölmə adı İngiltərə
Yayımlandı 10-09-2025, 20:53

"Liverpul"un futbolçusu İbrahima Konate klubla müqaviləsini yeniləmək istəmir.

Sport1.az xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb.

26 yaşlı müdafiəçi 3-cü dəfə "Liverpul"la müqaviləni yeniləməkdən imtina edib.

Onun "mersisaydlılar"la hazırkı anlaşması 2026-cı ilin yayına qədərdir. Bildirilib ki, Konate müqaviləsi bitdikdən sonra azad agent kimi "Real"a keçmək istəyir.

Qeyd edək ki, Konate 2021-ci ilin yayından "Liverpul"un formasını geyinir.

Müəllif: Sport1.az