Azərbaycan / Çempionlar Liqası
18:49
21.10.2025
30
UEFA Çempionlar Liqasının liqa mərhələsinin III turunda keçiriləcək "Atletik" - "Qarabağ" oyunundan öncə mətbuat konfransı keçirilib.
Sport1.az xəbər verir ki, La Liqa təmsilçisinin baş məşqçisi Ernesto Valverde mətbuatda geniş yayılan "oyunçularıma "Qarabağ"a 9 qol vurmasını tapşırmışam" ifadəsinə şərh bildirib:
"Onlara 9:0 hesabı ilə qalib gələcəyimiz haqda deyilənlər dəhşətdir. Bunu sözlə ifadə edə bilmirəm. Onlara hörmət edirik. 1:0 normal hesab olar. Onlar sərbəst oynayan, yaxşı yarımmüdafiəsi və hücum xətti olan komandadır. Legioner oyunçuları çoxdur. Ehtiyatlı olmalıyıq. Hücumda yaxşı oynayırlar. Ölkələrinin çempionudurlar və qalib gəlmək üçün təzyiq edəcəklər. Daha çox istirahət ediblər, Sport1.aztez-tez heyətlərində dəyişiklik edirlər".