son dəqiqə SON DƏQİQƏ
Bakıda karate üzrə seminar baş tutub Argentina millisinin üzvü “İpsviç”də Sona Ağayeva Dünya Çempionatının 1/8 finalında Messinin komandasında baş məşqçi dəyişikliyi “Çelsi”nin futbolçusu La Liqa klubunda Oxatanlarımızdan Belarusda 2 medal Ölkə çempionatı keçiriləcək UEFA Konfrans Liqası: Əsas mərhələnin püşkü atılıb "İmişli" Dekonu transfer edib Azərbaycan II Liqası: 1-ci turun oyun cədvəli açıqlanıb Avropa Liqası: Əsas mərhələnin püşkatma mərasimi keçirilib Zamiqin komandasının rəqibləri müəyyənləşib - Murad Məmmədovun komandasının əsas raunddakı rəqibləri bəlli olub "Sabah"ın məğlub etdiyi komanda AL-da Türkiyə nəhənginə rəqib oldu "Neftçi"nin yetirməsi "Şəmkir"də Cüdoçularımızdan uğursuz start Lazımsız yerdə tələsən AFFA Fransadakı beynəlxalq turnirdə üç idmançı Azərbaycanı təmsil edəcək Turun mərkəzi qarşılaşmasının hakim təyinatları açıqlanıb "Gəncə"də daha bir legioner "Koreya Səfiri Kuboku" keçiriləcək KL: Əsas mərhələdə Muradın komandasının rəqibləri bəlli olur Qavalayaq! UEFA Avropa Liqasının əsas mərhələsinin püşkatması olacaq Cüdoçularımız Sarayevodakı beynəlxalq turnirdə iştirak edəcəklər Azərbaycan çempionu heyətinə daha bir oyunçu cəlb edib Polşalılar Puxaçı "Sabah"a keçdiyi üçün təhqir edib - "Böyük Dəbilqə": Cüdoçularımız bu gün mübarizəyə start verirlər

"Zirə" planlı şəkildə hərəkət edir" - "Hayduk"un baş məşqçisi

Bölmə adı Konfrans Liqası
Yayımlandı 22-07-2025, 19:54

"Hayduk"un (Xorvatiya) baş məşqçisi Qonzalo Qarsiya UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Zirə"yə qarşı keçirəcəkləri oyundan danışıb.

Sport1.az xəbər verir ki, o, matçdan əvvəl keçirilən mətbuat konfransında deyib:

"Avrokuboklar başlayır, rəqabət aparmağa hazırıq. "Zirə" də güclü rəqiblərdən biridir. Ölkəni də bəyəndik, sabahkı oyunda yaxşı nəticə istəyirik".

Mütəxəssis Rəşad Sadıqovun "Zirə"də uzun müddət ərzində işləməsinə münasibət bildirib: "Əlbəttə ki, bunlar vacib məqamlardır. Rəşad Sadıqov 5 ildir ki, "Zirə"nin baş məşqçisidir. Komanda onun istədiyini bilir. Formalaşmış komandaya qarşı oynayacağıq. Biz yeni komandayıq, hələ formalaşırıq. İdeyaları həyata keçirmək üçün işləyirik. "Zirə"nin uzun müddətdir ki, eyni baş məşqçisi var. Demək ki, klub planlı şəkildə hərəkət edir".

Q.Qarsiya qeyd edib ki, komandalar arasında şanslar bərabərdir: "Zirə"də müsbət məqamlar var, uzun müddətdir ki, birlikdə çıxış edirlər. Bizdə isə gənc və ac oyunçular var".

O, sabiq futbolçu İvan Rakitiçin karyerasını bitirməsindən və "Hayduk"un texniki direktoru vəzifəsinə təyin olunmasından danışıb: "Əlbəttə ki, Rakitiçin meydanda olması müsbət hal olardı. Söhbət TOP oyunçudan gedir, uzun illər yüksək səviyyədə çıxış edib. Ümid edirik ki, o yeni rolunda bizə kömək edəcək. Belə oyunçunu itirmək keyfiyyəti aşağı salır".

Mütəxəssis bildirib ki, "Zirə"də xüsusi diqqət yetirdikləri oyunçu yoxdur: "Biz fərdlərə baxmırıq. Adətən rəqibə görə hazırlaşırıq. Rəqibdə güclü, təcrübəli oyunçular var. Giorgi Papunaşvili, Junior Martinşin də adını çəkə bilərəm. Keyfiyyətli oyunçulardır. Amma biz rəqibə kollektiv kimi hazırlaşırıq. Öz oyunçularımızın bacarığına fikir veririk".

Q.Qarsiya "Hayduk"da baş məşqçi vəzifəsinə təyin edilmisiniz. Ötən mövsümkü komanda ilə indiki arasında nəyi dəyişmisiniz?" sualına belə cavab verib: "Yaxşı sualdır. Məni kluba dəvət edəndə, istək o idi ki, komanda hücumameyilli futbol oynasın, topa nəzarət etsin. Bu o demək deyil ki, məndən qabaq bunlar yox idi. Bunları əvvəl də həyata keçirirdilər".

O, "Hayduk"un son illər avroluboklardakı uğursuzluğundan danışıb: "Bu, reallıqdır. 15 ildir ki, komanda avrokuboklarda yaxşı çıxış etmir. "Hayduk" böyük klubdur, kifayət qədər azarkeş kütləsi var. Bu məqamın müəyyən təsiri ola bilər. Amma daha çox oyunçu və baş məşqçiyə təsir etmir, biz hər dəfə sıfırdan başlayırıq, oyuna hazırlaşırıq. Keçmişdə nə baş veribsə, artıq keçib. Bu gün məşq edib, sabah oynayacağıq".

Mütəxəssis komandasının müdafiə xəttində olan itkilərdən də söz açıb: "Əlbəttə ki, bütün heyətin sərəncamda olması daha yaxşıdır. Yaxşı komandalar belə hallarda yaxşı çıxış etməlidir. Buna hazır olmalıyıq. Oyunçular fərqli səbəblərdən oynamır. Əlimizdə olan oyunçularla bu məsələləri aradan qaldırmağa çalışacağıq".

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR