
Rusiya millisinin uzunmüddətli məğlubiyyətsizlik seriyası Çili ilə keçirilən yoldaşlıq görüşündə qırılıb.
Sport1.az xəbər verir ki, şimal qonşularımız dünən baş tutan qarşılaşmada Cənubi Amerika təmsilçisinə 0:2 hesabı ilə uduzub və bununla da ardıcıl 22 rəsmi oyunda məğlub olmama seriyasına son verilib. Ruslar sonuncu dəfə 2021-ci ilin noyabrında Xorvatiya ilə səfər matçında məğlub olmuşdu.
2022-ci ilin fevralında UEFA və FIFA qərarı ilə beynəlxalq turnirlərdən kənarlaşdırılan Rusiya həmin vaxtdan bəri yalnız yoldaşlıq matçları keçirib. Bu müddətdə millinin aktivində 22 oyuna 15 qələbə və 7 heç-heçə qeydə alınıb.