
"Qalatasaray"ın uzun müddətdir heyətinə qatmaq istədiyi "Atalanta"nın hücumçusu Ademola Lukman transferinə dair yenilik var.
Sport1.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, milli komandaların təlim məşq toplanışı zamanı İstanbul təmsilçisinin hücumçusu Viktor Osimhen həmyerlisi ilə xüsusi görüş keçirib. Bu zaman Viktor Ademolaya azarkeş dəstəyi, stadion atmosferi və klubdakı ab-hava haqqında danışıb.
28 yaşlı oyunçu klublar arasında razılığın olacağı halda, "sarı-qırmızılılar"a qoşulmağa etiraz etməyəcəyini bildirdi.
"Atalanta" Lukman üçün "Qalatasaray"dan 40 milyon avro tələb edir.
Qeyd edək ki, nigeriyalı forvard 2022-ci ildən bəri Lombardiya təmsilçisinin şərəfini qoruyur.