
Yusef En-Nesiri ilə yollarını ayırmağa hazırlaşan "Fənərbağça" onun yerini "AZ Alkmaar"ın hücumçusu Troy Parrot ilə doldurmaq istəyir.
Sport1.az xəbər verir ki, İstanbul təmsilçisi irlandiyalı futbolçu üçün 25 milyon avro təklif etməyi planlaşdırır.
23 yaşlı oyunçu da bu keçidə isti baxır.
Qeyd edək ki, Troy bu mövsüm komandası ilə meydana çıxdığı 14 görüşdə 13 qol və bir məhsuldar ötürmə ilə yadda qalıb.