Lionel Messi karyerasında ilkə imza atıb.
Sport1.az xəbər verir ki, argentinalı futbolçu ilk dəfə Afrika qitəsində qol vurub.
O, bunu Anqolaya qarşı (2:0) görüşdə bacarıb.
Qeyd edək ki, Leo həmin görüşdə 1 qol və 1 asisstlə yadda qalıb.