son dəqiqə SON DƏQİQƏ
Türkiyə millisi Belçikaya, Gürcüstan Macarıstana uduzub ● “Sumqayıt”ın baş məşqçisi: “Müəyyən problemlər yaşadıq” ● Bakıda keçirilən Dünya Kubokunda yeni rekord ● AÇ: Boksçularımızın ilk rəqibləri məlum olub ● “Sumqayıt” mövsümə qələbə ilə başladı ● Millimizin rəqibləri bəlli olub ● II Liqa: VI turun təyinatları açıqlanıb ● Millimizin heyətində dəyişiklik ● “Kəpəz” I Liqa təmsilçisi ilə üz-üzə gəlib ● “Fənərbağça” “Turan Tovuz” üçün Bakıda ● Azərbaycan klubu beynəlxalq turnirdə çıxış edəcək ● “Neftçi” “Araz-Naxçıvan”a qalib gəlib ● Bakıda yeni xizək mərkəzi fəaliyyətə başlayıb ● Premyer Liqa klublarının yay transferləri ● "Səbail"dən böyükhesablı qələbə ● "Turan Tovuz" - "Fənərbağça" oyunu: ● II Liqada 7-ci və 8-ci turun oyun cədvəli açıqlanıb ● "Kəpəz" yoxlama matçına çıxıb ● Şəkidə bədii gimnastika üzrə regional yarış təşkil olunacaq ● Tiranadakı beynəlxalq turnirdə iştirak edəcək idmançılar bəlli olub ● Respublika Stadionunda tarixi oyun: "Neftçi" yenidən "Spartak"la üz-üzə ● "1 və ya 3 xal qazanmaq üçün bəzən bir qədər bəxt amili də lazımdır" ● ML: Azərbaycan millisinin Litva ilə qarşılaşmasının hakim təyinatları ● Cahangir Fərəcullayevin xarabalığa çevirdiyi Azərbaycan futbolu ● "Neftçi" azarkeşləri üçün növbəti kampaniyaya start verdi ● Üzgüçülük üzrə Dünya Kuboku: Yarışın ikinci gününə start verilir ● "Biz epizodlarımızı dəyərləndirə bilsəydik, 6-7 qol vura bilərdik" ● "Mental olaraq hazırda komandamız yaxşı durumda deyil" ●

Ançelotti Modriçin sirrini açdı: “Real”da məşq buraxmayan yeganə futbolçu idi”

Bölmə adı Futbol
Yayımlandı 14-11-2025, 19:40

Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti 40 yaşlı Luka Modriçin bu səviyyədə futbol oynamasının sirrini açıqlayıb.

Sport1.az xəbər verir ki, italyan mütəxəssis təcrübəli yarımmüdafiəçinin yüksək performansını həm peşəkar yanaşması, həm də fiziki xüsusiyyətləri ilə əlaqələndirib. O, Modriçin ötən mövsüm “Real”da çalışdığı müddətdə bir məşqi belə buraxmadığını qeyd edib:

“Lukanın hələ də ən yüksək səviyyədə çıxış etməsi məni təəccübləndirmir. Onun hədəfi Dünya Çempionatıdır və buna görə də özünə nümunəvi yanaşır. Keçən mövsüm mənim “Real”ımda məşqləri buraxmayan yeganə futbolçu o idi”.

Ançelotti Modriçin “Milan”da həftədə bir oyun ritmində rahatlıqla öz səviyyəsini qoruduğunu vurğulayıb:

“Bunun sirri sadədir - genetika və ciddi peşəkarlıq. Luka hələ də dünyanın ən yaxşı yarımmüdafiəçilərindən biridir. Onun haqqında yeni müqavilə danışıqlarının aparıldığını oxudum və düşünürəm ki, heç bir çətinlik olmadan daha bir il oynaya bilər”.

Qeyd edək ki, Luka Modriç ötən yay “Real”dan ayrıldıqdan sonra “Milan”la müqavilə imzalayıb.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR