son dəqiqə SON DƏQİQƏ
Türkiyə millisi Belçikaya, Gürcüstan Macarıstana uduzub ● “Sumqayıt”ın baş məşqçisi: “Müəyyən problemlər yaşadıq” ● Bakıda keçirilən Dünya Kubokunda yeni rekord ● AÇ: Boksçularımızın ilk rəqibləri məlum olub ● “Sumqayıt” mövsümə qələbə ilə başladı ● Millimizin rəqibləri bəlli olub ● II Liqa: VI turun təyinatları açıqlanıb ● Millimizin heyətində dəyişiklik ● “Kəpəz” I Liqa təmsilçisi ilə üz-üzə gəlib ● “Fənərbağça” “Turan Tovuz” üçün Bakıda ● Azərbaycan klubu beynəlxalq turnirdə çıxış edəcək ● “Neftçi” “Araz-Naxçıvan”a qalib gəlib ● Bakıda yeni xizək mərkəzi fəaliyyətə başlayıb ● Premyer Liqa klublarının yay transferləri ● "Səbail"dən böyükhesablı qələbə ● "Turan Tovuz" - "Fənərbağça" oyunu: ● II Liqada 7-ci və 8-ci turun oyun cədvəli açıqlanıb ● "Kəpəz" yoxlama matçına çıxıb ● Şəkidə bədii gimnastika üzrə regional yarış təşkil olunacaq ● Tiranadakı beynəlxalq turnirdə iştirak edəcək idmançılar bəlli olub ● Respublika Stadionunda tarixi oyun: "Neftçi" yenidən "Spartak"la üz-üzə ● "1 və ya 3 xal qazanmaq üçün bəzən bir qədər bəxt amili də lazımdır" ● ML: Azərbaycan millisinin Litva ilə qarşılaşmasının hakim təyinatları ● Cahangir Fərəcullayevin xarabalığa çevirdiyi Azərbaycan futbolu ● "Neftçi" azarkeşləri üçün növbəti kampaniyaya start verdi ● Üzgüçülük üzrə Dünya Kuboku: Yarışın ikinci gününə start verilir ● "Biz epizodlarımızı dəyərləndirə bilsəydik, 6-7 qol vura bilərdik" ● "Mental olaraq hazırda komandamız yaxşı durumda deyil" ●

Qattuzo Avropanın DÇ seçmə sisteminə üsyan etdi

Bölmə adı Dünya Çempionatı
Yayımlandı 14-11-2025, 18:53

İtaliya millisinin baş məşqçisi Cennaro Qattuzo Moldova üzərində qazanılan qələbədən (2:0) sonra Avropa üzrə DÇ seçmə mərhələsinin qaydalarının dəyişdirilməsini təklif edib.

Sport1.az xəbər verir ki, təcrübəli mütəxəssis hazırkı sistemin ədalətli olmadığını bildirib və xüsusilə digər konfederasiyalarla müqayisədə Avropa komandalarının daha çətin yoldan keçdiyini vurğulayıb:

“Bizim dövrümüzdə qrup liderləri birbaşa Dünya Çempionatına yollanırdı, indi isə qaydalar dəyişib. Bu qədər güclü komandaların olduğu qitədə belə çətin seçmə prosesinin olması sual yaradır. Afrikadan 1990-cı illərdə iki komanda gedirdi, indi bu rəqəm doqquzdur. Cənubi Amerikada isə on komandadan altısı birbaşa vəsiqə alır, yeddinci pley-off oynayır. Avropada sistemi yenidən nəzərdən keçirmək lazımdır”.

Qeyd edək ki, yeddi oyundan sonra 18 xal toplayan İtaliya I qrupunda ikinci yerdə qərarlaşıb və lider Norveçdən üç xal geri qalır. Turnirə birbaşa vəsiqə üçün “Skaudra Adzurra”nın son oyunda rəqibini 9:0 hesabı ilə məğlub etməsi tələb olunur.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR