SON DƏQİQƏ
Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti gələn il ABŞ, Kanada və Meksikada keçiriləcək Dünya Çempionatının finalında İtaliya ilə qarşılaşmağın arzusunda olduğunu deyib.
Sport1.az xəbər verir ki, Ançelotti Sky Sport Italy-yə açıqlamasında İtaliyanın mundiala vəsiqə qazanacağına inandığını bildirib:
“Ümid edirəm ki, İtaliya Dünya Çempionatına yollanacaq. Mən onların buna nail olacağına əminəm. Əgər hər şey yolunda getsə və finalda üz-üzə gəlsək, bu həm italiyanlar, həm də braziliyalılar üçün çox xoş olar. Mənim üçün də xüsusi bir an olardı”.