UEFA "Fənərbağça"nı cəzalandırıb

Bölmə adı Türkiyə
Yayımlandı 14-11-2025, 15:38

UEFA “Fənərbaxça”nı cəzalandırıb.

Sport1.az xəbər verir ki, qurum İstanbul təmsilçisini Avropa Liqasında “Viktoriya” ilə oyunda (1:1) azarkeşlərinin meydana yad əşya atması və təhqiredici şüarlarına görə 75500 avro cərimələyib.

“Fənərbaxça” eyni zamanda turnirdə növbəti səfər matçına bilet sata bilməyəcək.

İstanbul klubu Avropa Liqasında 4 turdan sonra 7 xalla 15-ci sıradadır.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR