
"Fənərbağça" "Barselona"nın müdafiəçisi Andres Kristenseni heyətinə qatmağı planlaşdırır.
Sport1.az xəbər verir ki, İstanbul təmsilçisi müdafiədə yaranan boşluqları danimarkalı futbolçu ilə doldurmaq istəyir.
"Barselona"da forma şansı tapa bilməyən 29 yaşlı oyunçu da klubdan ayrılmaq niyyətindədir.
"Sarı-lacivərtlilər" qışda Kristensen üçün rəsmi təklif etməyi planlaşdırır.