son dəqiqə SON DƏQİQƏ
Türkiyə millisi Belçikaya, Gürcüstan Macarıstana uduzub ● “Sumqayıt”ın baş məşqçisi: “Müəyyən problemlər yaşadıq” ● Bakıda keçirilən Dünya Kubokunda yeni rekord ● AÇ: Boksçularımızın ilk rəqibləri məlum olub ● “Sumqayıt” mövsümə qələbə ilə başladı ● Millimizin rəqibləri bəlli olub ● II Liqa: VI turun təyinatları açıqlanıb ● Millimizin heyətində dəyişiklik ● “Kəpəz” I Liqa təmsilçisi ilə üz-üzə gəlib ● “Fənərbağça” “Turan Tovuz” üçün Bakıda ● Azərbaycan klubu beynəlxalq turnirdə çıxış edəcək ● “Neftçi” “Araz-Naxçıvan”a qalib gəlib ● Bakıda yeni xizək mərkəzi fəaliyyətə başlayıb ● Premyer Liqa klublarının yay transferləri ● "Səbail"dən böyükhesablı qələbə ● "Turan Tovuz" - "Fənərbağça" oyunu: ● II Liqada 7-ci və 8-ci turun oyun cədvəli açıqlanıb ● "Kəpəz" yoxlama matçına çıxıb ● Şəkidə bədii gimnastika üzrə regional yarış təşkil olunacaq ● Tiranadakı beynəlxalq turnirdə iştirak edəcək idmançılar bəlli olub ● Respublika Stadionunda tarixi oyun: "Neftçi" yenidən "Spartak"la üz-üzə ● "1 və ya 3 xal qazanmaq üçün bəzən bir qədər bəxt amili də lazımdır" ● ML: Azərbaycan millisinin Litva ilə qarşılaşmasının hakim təyinatları ● Cahangir Fərəcullayevin xarabalığa çevirdiyi Azərbaycan futbolu ● "Neftçi" azarkeşləri üçün növbəti kampaniyaya start verdi ● Üzgüçülük üzrə Dünya Kuboku: Yarışın ikinci gününə start verilir ● "Biz epizodlarımızı dəyərləndirə bilsəydik, 6-7 qol vura bilərdik" ● "Mental olaraq hazırda komandamız yaxşı durumda deyil" ●

Təcrübəli mütəxəssisdən Ayxan Abbasova məsləhət - AÇIQLAMA

Bölmə adı Dünya Çempionatı / Manşet
Yayımlandı 13-11-2025, 16:42

Azərbaycan yığmasının İslandiya və Fransa seçmələri ilə oyunlar üçün heyətində 4 qapıçı var.

Əsas qolkiper Şahruddin Məhəmmədəliyev sarı vərəqə limitinə görə ilk oyunu buraxacaq. Sual olunur “Qarabağ”ın qapıçısının yoxluğunda hansı “əlcək sahibi”nə çərçivədə şans veriləcək?

Suallarımızı Nadir Şükürova ünvanladıq. Mütəxəssis Sport1.az-a açıqlamasında mövzu ilə bağlı bunları söylədi:

“Təbii ki, bu barədə əsas fikir sahibləri millidə yer alan məşqçilər korpusuna məxsusdur. Onlar kimi məsləhət bilsələr, ona da şans veriləcək. Məncə, qapıçı təcrübəsi çox olan və çempionat matçlarında da oyun praktikasından əziyyət çəkməyən “əlcək sahibi”nə şans verilsə, yaxşı olar. Uzun müddətdən sonra Səlahət Ağayevin yığmaya çağrılması xoş haldır. Bu münasibətlə onu təbrik edirəm. Səlahət uzun müddət ölkənin əsas komandasının “1 nömrə”si olub. Kifayət qədər təcrübəsi var. O, “Qəbələ”nin heyətində arxada qalan 11 Premyer Liqa matçının da hamısında qapını qoruyub. Düşünürəm ki, təcrübəli Səlahətə şans verilsə, məntiqli və ədalətli olar. Çünki digər qapıçılar öz klublarında oyun praktikasından əziyyət çəkirlər. İstənilən halda son qərarı məşqçilər korpusu verəcək”. 

MİRZƏ S.


Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR