
Portuqaliya millisinin və "Əl-Nəssrin" hücumçusu Kriştiano Ronaldo karyerasını nə zaman bitirəcəyini açıqladı.
Sport1.az xəbər verir ki, 40 yaşlı futbolçu bunları söylədi:
"Yaxında peşəkar karyeramı başa vuracağam. Hətta çox yaxında olacaq. Böyük ehtimalla 1 və ya 2 il içində baş verəcək".