son dəqiqə SON DƏQİQƏ
Türkiyə millisi Belçikaya, Gürcüstan Macarıstana uduzub ● “Sumqayıt”ın baş məşqçisi: “Müəyyən problemlər yaşadıq” ● Bakıda keçirilən Dünya Kubokunda yeni rekord ● AÇ: Boksçularımızın ilk rəqibləri məlum olub ● “Sumqayıt” mövsümə qələbə ilə başladı ● Millimizin rəqibləri bəlli olub ● II Liqa: VI turun təyinatları açıqlanıb ● Millimizin heyətində dəyişiklik ● “Kəpəz” I Liqa təmsilçisi ilə üz-üzə gəlib ● “Fənərbağça” “Turan Tovuz” üçün Bakıda ● Azərbaycan klubu beynəlxalq turnirdə çıxış edəcək ● “Neftçi” “Araz-Naxçıvan”a qalib gəlib ● Bakıda yeni xizək mərkəzi fəaliyyətə başlayıb ● Premyer Liqa klublarının yay transferləri ● "Səbail"dən böyükhesablı qələbə ● "Turan Tovuz" - "Fənərbağça" oyunu: ● II Liqada 7-ci və 8-ci turun oyun cədvəli açıqlanıb ● "Kəpəz" yoxlama matçına çıxıb ● Şəkidə bədii gimnastika üzrə regional yarış təşkil olunacaq ● Tiranadakı beynəlxalq turnirdə iştirak edəcək idmançılar bəlli olub ● Respublika Stadionunda tarixi oyun: "Neftçi" yenidən "Spartak"la üz-üzə ● "1 və ya 3 xal qazanmaq üçün bəzən bir qədər bəxt amili də lazımdır" ● ML: Azərbaycan millisinin Litva ilə qarşılaşmasının hakim təyinatları ● Cahangir Fərəcullayevin xarabalığa çevirdiyi Azərbaycan futbolu ● "Neftçi" azarkeşləri üçün növbəti kampaniyaya start verdi ● Üzgüçülük üzrə Dünya Kuboku: Yarışın ikinci gününə start verilir ● "Biz epizodlarımızı dəyərləndirə bilsəydik, 6-7 qol vura bilərdik" ● "Mental olaraq hazırda komandamız yaxşı durumda deyil" ●

Endrikin gələcəyi: Ançelotti qərarın düsturunu dedi

Bölmə adı Dünya Çempionatı
Yayımlandı 11-11-2025, 18:49


Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti gənc hücumçu Endrikə gələcəyi ilə bağlı məsləhət verib.

Sport1.az xəbər verir ki, təcrübəli mütəxəssis 19 yaşlı futbolçuya klub rəhbərliyi ilə açıq danışmağı və bütün variantları diqqətlə dəyərləndirməyi tövsiyə edib. Son günlər Endrikin oyun praktikasının azlığı səbəbindən “Real Madrid”dən icarəyə getmək istədiyi və bu addımla DÇ-2026 öncəsi əsas heyət şansını artırmağı planlaşdırdığı bildirilir.

“Endrik hər şeyi “Real Madrid”lə birlikdə müzakirə etməlidir. O, çox gəncdir. DÇ-2026 onun üçün son olmayacaq. Əlbəttə, bu turnirdə oynaya bilər, çünki artıq lazımi keyfiyyətlərə malikdir. Amma o, 2030 və 2034-cü illərdə də Dünya Çempionatlarında iştirak edə bilər. Hətta, bəlkə də, 2038-də belə”, – deyə Ançelotti bildirib.

Qeyd edək ki, Endrikin Madrid təmsilçisi ilə müqaviləsi 2030-cu ilə qədər qüvvədədir. O, cari mövsümdə “Real”ın heyətində yalnız bir oyunda meydana çıxıb, ötən mövsümdə isə 37 matçda 7 qolla yadda qalıb.


Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR