
"Barselona"nın sabiq üzvü Lionel Messi keçmiş klubunu ziyarət edib.
Sport1.az xəbər verir ki, argentinalı futbol əfsanəsi ötən gecə gizli şəkildə stadiona gedib.
38 yaşlı ulduz belə bir açıqlama da verib:
"Bütün ruhumla darıxdığım yerə geri qayıtdım. "Kamp Nou"da dünyanın ən xoşbəxt insanı kimi hiss edirəm. Bura haçansa yenidən dönməyi ümid edirəm. Təkcə futbolçu kimi sağollaşmağa yox".