
Futzal üzrə Azərbaycan millisi bu gün yoldaşlıq görüşü keçirib.
Sport1.az xəbər verir ki, komandamız Gürcüstan yığması ilə üz-üzə gəlib.
Yevgeni Kukseviçin yetirmələri rəqibinə 2:4 hesabı ilə uduzub.
Tbilisi şəhərindəki İdman Sarayında baş tutan oyunda Azərbaycanın qollarını Nihad İsmayılov (22) və Kənan Manafov (38) vurublar.
Qeyd edək ki, Azərbaycan millisi aprelin 11-də eyni məkanda Gürcüstanla ikinci dəfə görüşəcək. Ayın 13-ü və 15-də isə komanda Aktauda Qazaxıstan ilə yoldaşlıq matçları keçirəcək.