
“Barselona” Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda “Atletiko”ya 0:2 hesabı ilə uduzub.
Sport1.az AS nəşrinə istinadən xəbər verir ki, Kataloniya klubu 20 il sonra ilk dəfə Madrid klubuna “Kamp Nou”da uduzub.
“Barselona” sonuncu dəfə 2006-cı ilin fevralında “Kamp Nou”da “Atletiko”ya məğlub olmuşdu - 1:3.
Qeyd edək ki, "Barselona"nın "Atletiko" ilə cavab matçı aprelin 15-də Madriddə keçiriləcək.