21:07 24.05.2025 257

Qurban Qurbanov: “Barselona”nın məşqində rahatlıqla iştirak etmək olmur”

Misli Premyer Liqasının 36-cı turu çərçivəsində “Qarabağ” səfərdə "Şamaxı"nı 1:0 hesabı ilə məğlub edib.

Sport1.az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Ayxan Abbasova təşəkkür edirəm ki, gənclərlə bu cür komanda formalaşdırıb. Bizim də meydanda gənc futbolçularımız var idi. Sona qədər mübarizə apardılar, nə etmək istədiklərini bildirdilər. Hər iki komanda mövsümü major notlarda başa vurdu. Azarkeşlərə təşəkkür edirəm.

- Bir neçə gün öncə "Barselona"nın düşərgəsində oldunuz. Oradan hansı təəssüratlarla ayrıldınız?

- Demək olar ki, bütün yaş qruplarının məşqində iştirak etdim. O cümlədən əsas komandanın. Çox yaxşı səfər alındı. Klub rəsmiləri ilə söhbətlərimiz oldu. Eləcə də baş məşqçi Hans Fliklə. Hər biri ilə çox geniş danışa bilmədik. Çünki "Barselona" çox böyük klubdur. Onların mənim üçün vaxt ayırması heç də asan deyildi. Onların məşqində rahatlıqla iştirak etmək olmur. Öz prinsipləri var. İlk dəfə Pep Qvardiolanın vaxtında "Barselona"nın düşərgəsində olmuşdum. Həmin vaxt ulduzlar daha çox idi. Onda da, indi də heyətdə öz akademiyalarının futbolçuları çoxdur. Yaşlarını da bilirsiz, çox gənc komandadır. Mənim üçün ora getmək çox vacib idi. Bir şeyə əmin oldum ki, sistemi qoruyub-saxlamaq vacibdir. Onu icra edən futbolçular bu sistemi sevməlidirlər. Komandada adlı-sanlı futbolçunun olması o demək deyil ki, bütün işlər düzələcək. Tam əksi ola bilər. Öyrəndiyim çıx şey oldu. Belə səfərlər həm böyük təcrübə, həm də inam verir. Bunun nəticəsində işin daha keyfiyyətli olur.

- 15 yaşlı Amin Rzayev və Hikmət Cəbrayılzadə U-21 millisinə dəvət olunub. Bununla bağlı fikirləriniz necədir?

- İndi bildim. Yəqin bu gün açıqlanıb. Əlbəttə ki, belə oyunçuların tez böyüməsi üçün onların daha yuxarı kollektivdə olması vacibdir. Gərək onlara güvənəsən, qərar verməyi bacarasan. Ayxan Abbasov sağ olsun. Uğurlar arzulayıram. Böyük turnirlərdə nə qədər tez iştirak etsələr, onların ustalığının yaxşılaşması daha tez olar.

- Azərbaycanda "Barselona"nın akademiyası olacaq. "Qarabağ"ın bununla bağlı İspaniya klubu ilə əməkdaşlığı olacaq?

- Orada belə bir söhbət olmadı. Əlbəttə ki, biz bu gün "Barselona" deyilik. Bizim şəraitimiz o dərəcədə deyil. Onların bazasında gəzəndə bilmirsən meydançalar harada bitəcək. Çoxlu meydançaları var. İşlərdən düzgün yararlanmaq üçün onlarım metodlarından istifadə etmək lazımdır. "Barselona"nın 100 illik tarixi var. Biz hələ böyük futbolu hiss etməyə yeni başlamışıq. “Barselona”nın Bakıda belə layihəsi bizim futbol üçün ancaq faydalı olacaq. Yaxşı futbolçular, məşqçilər, funksionerlər yetişə bilər. Uzunmüddətli iş rejimi olmalıdır. Müəyyən sistem qurulmalı və işlər görülməlidir.

- Bu gün meydana buraxdığınız heyət sanki kuboka daha ciddi yanaşdığınızı göstərir...

- Biz kuboka həmişə ciddi yanaşmışıq. Ciddi yanaşmasaq, finala kimi hələ bilmərik. Finala gəlmişiksə, kuboku qazanmaq istəyirik. Amma qarşımızda çox istəkli kollektiv var. Ciddi hazırlaşacağıq. Millinin 8 futbolçusuna 6 günlük istirahət verdik. Finalın necə olacağını oyun günü biləcəyik.

- Yassin Benzianın komandada qalıb-qalmayacağı bilinmir. Onunla bağlı durum nə yerdədir?

- Biz öz tərəfimizdən lazım olan bütün təklifləri etmişik. Qalıb futbolçu tərəfi. Buna baxmayaraq, həmin mövqeyə oyunçu axtarışındayıq. Bir neçə futbolçu ilə aktiv danışıqlara başlamışıq. Benzia qalacaq, çox yaxşı. Karyerasını başqa yerdə davam etdirsə, biz buna yenə də sevinəcəyik. Bizə fayda verən oyunçuların yaxşılığını istəyirik. Komandadan gedən futbolçular ola bilər. Amma biz hələ sırf kubokun finalına hazırlaşırıq.

- Yeni mövsümdə legioner limiti ləğv olunacaq. Transfer siyasətinizə bunun təsiri olacaq?

- Mənim üçün futbolçunun yerli və ya legioner olmasının fərqi yoxdur. Futbolçu mənim tələblərimi yerine yetirirsə, onu komandamda görmək istəyirəm. Həm yerlilər, həm legionerlər üçün rəqabət olacaq. Yerli futbolçu əcnəbidən geri qalırsa, əlbəttə legionerə üstünlük verəcəm. Və ya əksinə. Qruplara düşsək, daha çox futbolçuya ehtiyacım olacaq. İki cəbhədə nəticə vermək üçün mütləq şəkildə keyfiyyətli oyunçularımız olmalıdır.

- Vensan Abubakar və Manfredas Ruzgisin adı "Qarabağ"la hallanır. Bu, nə dərəcədə doğrudur?

- Yox, hələ heç bir futbolçu ilə belə bir danışıq olmayıb.
Hadisələri telegramda anında izləyin!
Keçid et

XƏBƏR LENTİ

00:23

İtaliya klubu Kılıçsoyla bağlı qərarını verdi

23:44

Qordon rəsmən “Barselona”da

23:14

"Tottenhem"in müdafiəçisi "Barselona"nın radarında

22:32

İngiltərəli futbolçu yenidən “Arsenal”da

21:56

Yüksək Qızlar Liqasının qalibləri mükafatlandırıldı

21:34

Argentinalı qolkiper “Beşiktaş”ın radarında

20:57

Avropa çempionu karyerasını başa vurdu

20:37

İspaniyalı müdafiəçi daha 2 il “Bolonya”da - RƏSMİ

20:08

“Şamaxı”da növbəti ayrılıq - RƏSMİ

19:48

Portuqaliyalı oyunçu “Barselona”da

19:23

“Kəpəz”də yeni müqavilə - RƏSMİ

18:58

Millimiz İtaliyaya qalib gəldi

18:43

İngiltərə millisinin üzvünün yeni klubu bəlli oldu

18:31

“Qarabağ”ın legioneri milliyə çağrılıb

17:58

II Liqada çıxış edəcək klub müəyyənləşdi - YENİLƏNİB

17:25

Jesusa vida

17:15

"Milan" Avstriya millisinin baş məşqçisi üçün hərəkətə keçdi

16:52

Dünya Kubokunda iştirak edəcək ölkələr müəyyənləşdi

16:43

"Qarabağ"ın legioneri milliyə çağırıldı

16:39

"Karvan-Yevlax" baş məşqçisi ilə yollarını ayırdı - RƏSMİ

15:38

ÇL-i qazansalar, hər futbolçuya 1 milyon veriləcək

15:27

"Barselona" 100 milyonluq rəsmi təklif göndərdi

14:12

İtaliya klubu Tedesko ilə danışıq aparır

13:42

Konfrans Liqasının qalibi Almaniya klubunu çalışdıra bilər

13:29

“Azərbaycanlı futbolçular limitin ləğvindən sonra daha çox çalışırlar”

13:17

"Qızıl top" mükafatının təqdimat mərasiminin vaxtı bəlli oldu

12:42

Lionel Messi 6-cı dəfə dünya çempionatında

12:23

"Qalatasaray" portuqaliyalı üçün hərəkətə keçdi

12:04

Konate "Liverpul"dan gedir

11:21

“Barselona” argentinalı hücumçu ilə anlaşdı

11:19

Saralmaqdan, qaralmaqdan qorxan baş katib millinin rəngini dəyişir - KÖŞƏ

11:05

“Arsenal”ın 5 futbolçusu Premyer Liqada mövsümün rəmzi komandasına seçildi

10:52

“İmişli” futbol veteranlarını Qurban bayramı münasibəti ilə sevindirib

10:45

Məşhur futbolçu Toral Bayramovun komanda yoldaşı ola bilər - İDDİA

10:35

Bu məşqçi Azərbaycan klubundan özü ayrılıb - İDDİA

09:44

Azərbaycan millisinin üzvü Polşa klubundan ayrıldı

00:47

“Real”ın futbolçusu A Seriyasında çıxış edə bilər

23:58

Kosovo millisinin üzvü “Fənərbaxça”ya qayıdır

23:23

Millimiz Avropa Liqası üçün hazırlıqlarını başa vurub

22:47

“Şamaxı”da növbəti ayrılıq - RƏSMİ

22:32

EuroVolley-2026-nın rəsmi topları təqdim olunub

21:56

İtaliya millisinin üzvü “Roma” yolunda

21:32

Kaxaber Tsxadadze: “Azarkeşlərdən üzr istəyirəm”

20:58

Ramiz Məmmədov: “Tural Qurbanovun bu oyuna təyinatı yersiz idi”

20:44

Braziliya millisində ciddi itki

20:33

"Qəbələ" Premyer Liqada qaldı - YENİLƏNİB

19:56

“Çelsi”də ayrılıq yaşana bilər

19:33

“Qarabağ”ın futbolçusu milliyə dəvət alıb

18:58

“Real”ın futbolçusu La Liqada klubunu dəyişdi - RƏSMİ

18:12

II Liqa uğrunda pley-off matçının təyinatları açıqlandı

17:45

"Qalatasaray" "Milan"ın futbolçusunu hədəf aldı

17:23

DÇ-2026 öncəsi baş məşqçi ilə uzunmmüdətli müqavilə

17:03

İtaliya klubu baş məşqçisini yola saldı

16:44

Azərbaycan millisi Avropa çempionatına qələbə ilə başladı

16:39

Boksçularımızdan uğurlu çıxış

16:26

Azərbaycanın komandası Türkiyədə reqatasında

15:53

Konfrans Liqasının qalibi yeni baş məşqçi ilə anlaşdı

15:41

La Liqa yeni mövsümün topunu təqdim etdi

15:13

"Sabah"da ayrılıq: Bu futbolçunun müqaviləsi yenilənmədi - RƏSMİ

14:58

Zona birinciliklərinin final mərhələsinin qalibləri bəlli oldu

14:03

"İnter"də yeni qapıçı

13:51

Fransa klubunun yeni baş məşqçisi müəyyənləşdi

13:28

Milli toplanışı başa vurdu

12:53

“Qarabağ”la vidalaşdı: “Bu forma ilə böyüdüm və xatirələr qazandım”

12:26

İtaliya klubuna yeni baş məşqçi təyin olunacaq - 2 illik müqavilə

12:04

"Arsenal" hücumçusu üçün 20 milyon funt tələb edir

11:44

Messinin Hindistandakı heykəli sökülə bilər

11:32

Serxio Ramosun böyük planı baş tutmadı

11:06

Niderland millisinin DÇ-2026 üçün yekun heyəti bəlli oldu

10:45

Mövsümün ən yaxşısı seçildi