
Stolüstü tennisçi Nihad Məmmədov adını “Ginnesin Rekordlar Kitabı”na yazdırmaq niyyətindədir.
Sport1.az xəbər verir ki, seçmə komandamızın üzvü aprelin 12-si saat 19:00-da “Şüa” İdman Kompleksində təşkil olunacaq mərasimdə topu uzaq məsafədən oyuna daxil etmə üzrə dünya rekordunu yeniləməyə çalışacaq.
Qeyd edək ki, hazırda bu rekord türkiyəli Osman Gürcüyə məxsusdur (16,70 metr). Nihad Məmmədov isə bu hərəkəti 17 metr məsafədən həyata keçirməyi planlaşdırır.