
“Turan Tovuz”un bütün rəhbər şəxsləri ilə çox yaxşı əlaqəm var”.
Bu sözləri Sport1.az-a açıqlamasında Tovuz təmsilçisinin sabiq qapıçısı Kamal Bayramov deyib.
O, son günlər mediada klubun futbol akademiyasının yeni rəhbəri olacağı ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib:
“Uşaqların inkişafı üçün komandanın futbol akademiyasının rəhbəri Eltay Aslanovla daim əlaqədəyik. Lakin son günlər mənim Eltay Aslanovu əvəzləyəcəyim barədə yayılan xəbərlər həqiqəti əks etdirmir. Klubla bu məsələ ilə bağlı heç bir danışığımız olmayıb. Buna baxmayaraq, Tovuz şəhərində uşaq futbolunun inkişafı və akademiyadan daha yaxşı oyunçuların yetişməsi üçün hər zaman əlimizdən gələni edirik”.