son dəqiqə SON DƏQİQƏ
Cüdo üzrə Dünya Çempionatı: Vüsal Qələndərzadə 1/8 finalda uduzub ● AÇ-2028: Millimiz seçmə mərhələdə 5-ci səbətdə yer alacaq ● DÇ: Zelim Tçkayev 1/4 finalda ● Ömər Rəcəbəli 1/4 finala yüksəldi ● Vüsal Qələndərzadə növbəti raunda yüksəldi ● DÇ: Ömər Rəcəbli 1/8 finalda ● "Təbrik etdi, xoş sözlərdən başqa bizə nə deyə bilərdi?!" ● "Bunlardan birini bacardıq və bir iz buraxdıq" ● Cüdo üzrə Dünya Çempionatı: Zelim Tçkayev 1/8 finala vəsiqə qazanıb ● Günün oyunları: ● Cüdo üzrə Dünya Çempionatı: Vüsal Qələndərzadə qələbə ilə start verdi ● I Liqada 4-cü tur: "Şahdağ Qusar" "Zaqatala"ya qarşı ● Azərbaycan Kuboku: Yeni mövsümə bu gün start verilir ● "Landau Lions" basketbolçuları Bakıda ilk matçına çıxır ● "Gəncə" komandası avrokuboklarda mübarizəyə başlayır ● Cüdo üzrə Dünya Çempionatı: Daha 4 cüdoçumuz mübarizəyə start verir ● Premyer Liqa klublarının yay transferləri ● İspaniya Xorvatiyaya, İngiltərə Çexiyaya qalib gəlib ● Voleybolçularımız Türkiyədə hazırlıq keçəcək ● FİBA Çempionlar Liqası: "Sabah" ilk matçında uduzub ● FİBA Avropa Kuboku: "Neftçi" bu gün ilk matçına çıxıb ● Rəşad Eyyubov: “Hesab bu cür olmamalı idi” ● Nilufər Ağazadə: “Əsas məqsədimiz...” ● Ziya Rəcəbov: “Hədəfimiz mərhələni keçmək və qrupa düşməkdir” ● Əvəzedicilər Liqası: V turun təyinatları ● Yığmamızdan tarixi rekord ● Rui Jorje: “Klubların işinə müdaxilə edə bilmərəm” ● Cüdoçularımızdan Dünya Çempionatında ikinci medal ●

16 yaşlı futbolçu Çempionlar Liqasında rekord qırdı

Bölmə adı Futbol
Yayımlandı 8-04-2026, 17:15

“Arsenal” klubunun futbolçusu Maks Douman UEFA Çempionlar Liqasında (ÇL) yeni rekord müəyyənləşdirib.



Sport1.az xəbər verir ki, 16 yaş 97 günlüyündə olan futbolçu buna 1/4 final mərhələsinin ilk oyununda “Sportinq”ə qarşı keçirilən görüşdə (1:0) meydana çıxaraq nail olub.



Qarşılaşmanın 76-cı dəqiqəsində meydana daxil olan yarımmüdafiəçi turnirin pley-off mərhələsində oynayan ən gənc futbolçu olub.



Qeyd edək ki, Douman 2025/2026 mövsümündə bir neçə rekorda imza atıb. O, mart ayında “Arsenal”ın “Everton” üzərində qələbəsində (16 yaş 73 günlüyündə) fərqlənərək Premyer Liqa tarixinin ən gənc qol müəllifi olaraq 2005-ci ildəki rekordu qırıb.



Mövsümün əvvəlində isə Douman 15 yaş 308 günlüyündə “Slaviya Praqa”ya qarşı oyunda Çempionlar Liqasında iştirak edən ən gənc futbolçu kimi tarixə düşüb. O, həmçinin “Arsenal” tarixində ən gənc əsas heyət oyunçularından biri və Premyer Liqada çıxış edən ən gənc futbolçu sayılır.

Müəllif: Mirze
OXŞAR XƏBƏRLƏR