
PSJ-nin baş məşqçisi Luis Enrike Çempionlar Liqasının 1/4 final mərhələsinini ilk oyunları çərçivəsində "Liverpul"a qalib gəldikləri matç (2:0) haqqında danışıb.
Sport1.az UEFA-nın saytına istinadən xəbər verir ki, mütəxəssis bu qələbənin onları arxayınlaşdırmamalı olduğunu deyib:
"Düşünürəm ki, bu nəticəyə layiq idik. Xüsusilə də ilk hissə çox çətin və gərgin oldu. Fasilədən sonra çoxlu qol şansları yaratdıq. Bu, təəssüf doğurur, çünki düşünürəm ki, ən azı bir qol daha vura bilərdik.
Bu gün stadiondakı atmosfer inanılmaz idi. İndi dincəlmək və Liverpuldakı növbəti oyun haqqında düşünməyin vaxtıdır. Gəldiyim ilk günlərdən bəri azarkeşlərlə komanda arasında bu əlaqəni görürəm. "Enfild"də oynamaq çox çətindir. Bizi orada əzab-əziyyət gözləyir".
Qeyd edək ki, bu komandalar arasında cavab oyunu aprelin 14-də keçiriləcək.