son dəqiqə SON DƏQİQƏ
DÇ: Zelim Tçkayev yarımfinalda! ● Dünya Çempionatı: Ömər Rəcəbli bürünc medal görüşünə çıxacaq ● Cüdo üzrə Dünya Çempionatı: Vüsal Qələndərzadə 1/8 finalda uduzub ● AÇ-2028: Millimiz seçmə mərhələdə 5-ci səbətdə yer alacaq ● DÇ: Zelim Tçkayev 1/4 finalda ● Ömər Rəcəbəli 1/4 finala yüksəldi ● Vüsal Qələndərzadə növbəti raunda yüksəldi ● DÇ: Ömər Rəcəbli 1/8 finalda ● "Təbrik etdi, xoş sözlərdən başqa bizə nə deyə bilərdi?!" ● "Bunlardan birini bacardıq və bir iz buraxdıq" ● Cüdo üzrə Dünya Çempionatı: Zelim Tçkayev 1/8 finala vəsiqə qazanıb ● Günün oyunları: ● Cüdo üzrə Dünya Çempionatı: Vüsal Qələndərzadə qələbə ilə start verdi ● I Liqada 4-cü tur: "Şahdağ Qusar" "Zaqatala"ya qarşı ● Azərbaycan Kuboku: Yeni mövsümə bu gün start verilir ● "Landau Lions" basketbolçuları Bakıda ilk matçına çıxır ● "Gəncə" komandası avrokuboklarda mübarizəyə başlayır ● Cüdo üzrə Dünya Çempionatı: Daha 4 cüdoçumuz mübarizəyə start verir ● Premyer Liqa klublarının yay transferləri ● İspaniya Xorvatiyaya, İngiltərə Çexiyaya qalib gəlib ● Voleybolçularımız Türkiyədə hazırlıq keçəcək ● FİBA Çempionlar Liqası: "Sabah" ilk matçında uduzub ● FİBA Avropa Kuboku: "Neftçi" bu gün ilk matçına çıxıb ● Rəşad Eyyubov: “Hesab bu cür olmamalı idi” ● Nilufər Ağazadə: “Əsas məqsədimiz...” ● Ziya Rəcəbov: “Hədəfimiz mərhələni keçmək və qrupa düşməkdir” ● Əvəzedicilər Liqası: V turun təyinatları ● Yığmamızdan tarixi rekord ●

Həsrət Cəfərov: "Hər idmançının arzusu Olimpiadada medal qazanmaqdır"

Bölmə adı Digər
Yayımlandı 9-04-2026, 19:48

“Olimpiya Oyunları idmanın zirvəsidir və hər bir idmançının ən böyük arzusu bu mötəbər yarışda medal qazanmaqdır".


Sport1.az xəbər verir ki, bu sözləri Paris-2024 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı, Yunan-Roma güləşçisi Həsrət Cəfərov jurnalistlərə müsahibəsində bildirib.


O, olimpiadada qazandığı medalla bağlı yaşanan problemdən danışarkən qeyd edib ki, Oyunlardan sonra medalda qüsur aşkarlanıb.


“Paris Olimpiadasından sonra medalımızda müəyyən aşılanmalar oldu. Bakıya qayıtdıqdan sonra bu məsələ ilə bağlı Milli Olimpiya Komitəsinə müraciət etdim. Dərhal müraciətimizə baxıldı və medal yenisi ilə əvəz olunması üçün geri göndərildi. Məsələyə operativ və məsuliyyətlə yanaşdığı üçün Milli Olimpiya Komitəsinin rəhbərliyinə minnətdarlığımı bildirirəm".


Qeyd edək ki, Paris-2024 Yay Olimpiya Oyunlarının mükafatçılarından taekvondoçu Qaşim Maqomedovun gümüş və yunan-Roma güləşçisi Həsrət Cəfərovun bürünc medallarında müəyyən aşılanmalar olub və yenisi ilə əvəz olunub.

Müəllif: Cahan
OXŞAR XƏBƏRLƏR