son dəqiqə SON DƏQİQƏ
Dünya Çempionatı: Ömər Rəcəbli bürünc medal görüşünə çıxacaq ● Cüdo üzrə Dünya Çempionatı: Vüsal Qələndərzadə 1/8 finalda uduzub ● AÇ-2028: Millimiz seçmə mərhələdə 5-ci səbətdə yer alacaq ● DÇ: Zelim Tçkayev 1/4 finalda ● Ömər Rəcəbəli 1/4 finala yüksəldi ● Vüsal Qələndərzadə növbəti raunda yüksəldi ● DÇ: Ömər Rəcəbli 1/8 finalda ● "Təbrik etdi, xoş sözlərdən başqa bizə nə deyə bilərdi?!" ● "Bunlardan birini bacardıq və bir iz buraxdıq" ● Cüdo üzrə Dünya Çempionatı: Zelim Tçkayev 1/8 finala vəsiqə qazanıb ● Günün oyunları: ● Cüdo üzrə Dünya Çempionatı: Vüsal Qələndərzadə qələbə ilə start verdi ● I Liqada 4-cü tur: "Şahdağ Qusar" "Zaqatala"ya qarşı ● Azərbaycan Kuboku: Yeni mövsümə bu gün start verilir ● "Landau Lions" basketbolçuları Bakıda ilk matçına çıxır ● "Gəncə" komandası avrokuboklarda mübarizəyə başlayır ● Cüdo üzrə Dünya Çempionatı: Daha 4 cüdoçumuz mübarizəyə start verir ● Premyer Liqa klublarının yay transferləri ● İspaniya Xorvatiyaya, İngiltərə Çexiyaya qalib gəlib ● Voleybolçularımız Türkiyədə hazırlıq keçəcək ● FİBA Çempionlar Liqası: "Sabah" ilk matçında uduzub ● FİBA Avropa Kuboku: "Neftçi" bu gün ilk matçına çıxıb ● Rəşad Eyyubov: “Hesab bu cür olmamalı idi” ● Nilufər Ağazadə: “Əsas məqsədimiz...” ● Ziya Rəcəbov: “Hədəfimiz mərhələni keçmək və qrupa düşməkdir” ● Əvəzedicilər Liqası: V turun təyinatları ● Yığmamızdan tarixi rekord ● Rui Jorje: “Klubların işinə müdaxilə edə bilmərəm” ●

MOK-da xüsusi mərasim: Olimpiya medalları yeniləri ilə dəyişdirildi

Bölmə adı Digər
Yayımlandı 9-04-2026, 14:53

Milli Olimpiya Komitəsində Azərbaycan idmançıları – Qaşım Maqomedov və Həsrət Cəfərov üçün xüsusi mükafatlandırma mərasimi təşkil olunub.



Sport1.az xəbər verir ki mərasim Paris 2024 Yay Olimpiya Oyunlarında qazanılan medalların sonradan zədələnməsi və keyfiyyətini itirməsi səbəbindən onların yeniləri ilə əvəz olunması münasibətilə keçirilib.



Komitənin inzibati binasında baş tutan tədbirdə hər iki idmançıya yeni medallar rəsmi şəkildə təqdim edilib.



Qeyd edək ki, Paris-2024-də mükafat qazanan 7 Azərbaycan idmançısından 5-nin medalında sonradan aşınma və dəyişiklik müşahidə olunub. Yalnız cüdoçu Hidayət Heydərov (73 kq) və sərbəst güləşçi Maqomedxan Maqomedov (97 kq) bu problemlə üzləşməyib.



Digər mükafatçılar – cüdo üzrə çempion Zelim Kotsoyev (100 kq), taekvondoçu Qaşım Maqomedov (58 kq), boksçu Alfonso Dominqes (92 kq), yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kq) və sərbəst güləşçi Giorgi Meşvildişvilinin medallarında isə nəzərəçarpacaq keyfiyyət itkisi qeydə alınıb.

Müəllif: Mirze
OXŞAR XƏBƏRLƏR