"Barselona" "Kamp Nou" stadionunun açılışını 23 oktyabr "Olimpiakos" ilə qarşılaşmada etməyi nəzərdə tuturdu.Sport1.az xəbər verir ki, Kataloniya klubu yaxın günlərdə Yunanıstan təmsilçisi ilə görüşün "Estadi Olympic Lluis"də baş tutacağını açıqladı.
"Kamp Nou" açılışının isə 23 noyabrda "Atletik"lə oynanacaq La Liqa matçında olması gözlənilir.
Qeyd edək ki, gecikmənin əsas səbəbləri olaraq maliyyə və logistik problemlər olduğu qeyd olunur.