17:17 4.04.2025 628

Matç hələ bitməyib - KÖŞƏ

Əlbəttə ki, dünyanın ən populyar və ən kütləvi idman növü sayılan futbol heç də adi oyun deyildir.

Milyard insanın diqqətini, fikrini özünə çəkən, çılğın azarkeşə çevirib öz ardınca apara bilən siyasətdir. Stadiona gəlmələr, reklam, atributika satışı və bukmeyker kontorları vasitəsilə yüz milyardla gəlir gətirən iqtisadiyyatdır. Həm də öz qrasiyası, gözəlliyi ilə müdhiş bir incəsənət nümayişidir.

Futbol xatirələrimin başında Madriddə “Santyaqo Bernabeu” stadionunda “Real” – “Atletiko”, İstanbulda “Ali Sami Yen”də “Qalatasaray” - “Fənərbağça”, Lujnikidə “Spartak” – MOİK derbilərini izləməyim dayanır. Bir də daha çox futbolla tam təmasda olduğum uşaqlıq xatirələrim.

70-ci illərdə atam əlimdən tutub məni doğulduğum və yaşadığımız Sumqayıt şəhərinin Mehdi Hüseynzadə stadionuna aparırdı. SSRİ çempionatının 2-ci divizionunda çıxış edən yerli “Polad” komandasına “Neftçi”dən qovulduqdan sonra xeyli çəki artıran və yaşlaşan Anatoli Banişevski və Leonid Bruxti cəlb edilmişdi. Onları izləməyə gedirdik. Əfsanələr matçın son 30 dəqiqəsində meydana çıxırdılar və ilk 60 dəqiqədə sumqayıtlılar hətta 0:3 uduzsaydılar belə, hamı əmin idi ki, hesab azı 4:3 olacaq.

Bu, adi futbol matçları deyildi, yüz minlərlə insan üçün əsl bayram idi. Tək sumqayıtlılar yox, Bakıdan, ətraf rayonlardan insan seli Sumqayıta axışırdı. 30 minlik stadion ağzınacan dolur, ətraf binaların damları, ağacların, stadion hasarının üstü belə tamaşaçılarla dolurdu.

Başqa bir xatirəm - uşaq vaxtı yay tətilini ata-ana yurdum Qazax rayonunda keçirirdik, rayon gəncləri Tiflisə - “Dinamo” –“Neftçi” oyununu izləməyə gedirdilər. Mən də onlara qoşulurdum. Yazılmamış qanunları bilmirdim, birinci hissədə “Neftçi” hesabı açanda durub necə “qol” dedimsə, ətrafdakı gürcülərin hamısının qanlı-qanlı baxışlarını və öz dillərində nələrsə - yəqin ki söyüş idi – söyləmələrini eşitdim. Yanımdakılar cəld məni aşağı oturdub dedilər ki, sən bilmirsən ki, bura onların yeridir, adam da belə edər? Və məni “Neftçi” oyunu udsa, gürcülərin bizi oradan sağ buraxmayacaqlarına əmin etdilər. “Neftçi” də “Neftçi”dir də, təbii ki, udmadı, 1:2 uduzdu və biz sağ-salamat Tiflis stadionunu tərk etdik.

Daha bir acı xatirəm artıq 80-ci illərlə məktəbli dönəmimlə bağlıdır. O vaxt respublikalar üzrə uşaqlar arasında “Sevinc” kuboku uğrunda futbol yarışı keçirilirdi. Qalib komandalar “Dəri top” adlı ölkə yarışlarına vəsiqə qazanırdı.

Biz Sumqayıtın 8-ci mikrorayonunun Mənzil İstismar Kontorunun formalaşdırdığı komandaydıq, şəhərimizdə 1-ci olub respublika finalını Bakı komandası ilə oynamalı olduq. Qalib komanda Dnepropetrovska gedəcəkdi. Tofiq Bəhramov stadionunun yardımçı meydançasında oynayırdıq. İddialıydıq. İlk hissəni 2:0 qazandıq, rəqibə heç bir şans vermirdik. Mən 10 nömrəydim, mərkəz hücumçusu. Fasilədən sonra kartlar dəyişdi. Oyunla heç nə edə bilməyən rəqibimizin azarkeşləri “venqerka” deyilən sapandla (iki qoşa barmağa rezini bağlayırdın, qalın misdən düzəltdiyin “güllə” ilə hədəfini vururdun) bizi yaylım atəşinə tutdular. Ayaqlarımız deşik-deşik oldu, hakim isə 2 penalti və 2 qırmızı vərəqə ilə bizə yerimizi göstərdi. Beləcə, bizi uduzdurdular. Hönkürtüylə ağlayırdıq. Həyatımızda ilk sınma anıydı bu. Bizi məğlun edən komanda Dnepropetrovskda ilk matçda çox böyük hesabla məğlub oldu, Allah onların cəzasını verdi.

Nə bilim, futboldan saatlarla doymadan danışaram.
Kədərli xatirə danışdım, bir gülməlisini də deyim. Yaxınlarda Türkiyə televiziyasına müsahibə verirdim. Soruşdular, “Qalatasaray”lısan, ya “Fənərbağça”lı? Dedim, “Çanaqqala Dardanelsporlu”. Hamı necə qəşş etdisə, bir müddət gülməklərini saxlaya bilmədilər.

Futbol mənim ən sevimli hobbimdir, bu gün də futbol oynayıram. Uşaqlıqdakı kimi yenə hücumçuyam. Amma uşaqlıqda və gəncliyimdə topu meydançanın özümüzə aid hissəsində götürüb bir-bir rəqibləri keçərək irəliləyərək qol vururdumsa, indi yaş öz sözünü deyir, ofsaydda durub ötürmə gözləyirəm.

Həyatım boyu üç dəfə qolum, bir dəfə ayağım sınıb futbolda, bir dəfə çənəmin altı partlayıb, 5 tikiş atılıb. Amma heç nə məni bu sevimlimdən ayıra bilməyib.

Yeri gəlmişkən, mənim futbolla bağlı kitabım da var. Azərbaycan futbolunun canlı əfsanəsi, Pele təxəllüslü dostum Nazim Süleymanovdan bəhs edən “Bitməyən matç” kitabını yazmışam.

Biz hamımız öz həyatımızı yaşamaqla sanki bir futbol matçı oynayırıq. Yaşayırıqsa, demək, hələ matçımız bitməyib. Məncə, bu qədər bəs edər.

Varis, Azərbaycan Ədəbiyyat Fondunun baş direktoru, Ümumdünya Yazıçılar Təşkilatının (WOW) katibi
Hadisələri telegramda anında izləyin!
Keçid et

XƏBƏR LENTİ

01:05

DÇ-2026: Ev sahibi açılış matçını qalib başa vurdu

23:58

DÇ-2026: Argentina millisinin heyətində dəyişiklik

23:27

Nərgiz İsmayılova Avropa Voleybol Konfederasiyasından təyinat alıb

22:57

“Benfika”nın hücumçusu Türkiyə yolunda

22:24

Mourinyo yenidən “Real”da - RƏSMİ

21:47

DÇ-2026: Açılış mərasimi başlayıb

21:37

Millimizin üzvü dünya reytinqinin zirvəsində

20:58

Premyer Liqaya yüksəldi - LOQOSUNU DƏYİŞDİ

20:38

I Liqa klubunda yeni müqavilə

20:23

Stolüstü tennis üzrə Liqa turniri başa çatıb

19:58

Millilərimizin rəqibləri bəlli oldu

19:27

“Lill”in futbolçusu “Sabah”da - RƏSMİ

19:04

“Sabah”dan “Zirə”yə - RƏSMİ

18:54

“Şamaxı”dan növbəti transfer - RƏSMİ

18:15

Daha bir klub avrokubok oyunlarını Sumqayıtda keçirəcək - ÖZƏL

18:00

Bundesliqa təmsilçisindən transfer

17:32

İran mundial oyunlarını boykot edə bilər

17:31

"Qarabağ"da İdarə Heyətinin iclası keçirildi

17:07

Premyer Liqaya yüksələn klub baş məşqçini göndərdi

16:48

Ölkə çempionatı keçiriləcək

16:29

"Mançester Siti" sabiq futbolçusunu istəyir

16:12

"Karvan-Yevlax"da daha iki ayrılıq

16:06

Premyer Liqa klubu cərimələndi

15:45

"Beşiktaş"dan 9 milyonluq təklif

15:23

Klub tarixinin ən bahalı transferi

15:05

"Sabah"ın futbolçusu əməliyyat olundu

15:01

Millimiz FIFA reytinqində gerilədi

14:34

Mundialın tarixinə düşməyə hazırlaşırlar

14:04

PSJ ulduz futbolçunu heyətinə qatmağa çalışır

13:50

Elitaya yüksələn klub alban məşqçi gətirdi

13:30

Klub sahibinə sərt cəza

13:05

"Qarabağ"da yeni müqavilə - RƏSMİ

12:38

70 milyon avroluq tələb

12:19

Rusiya klubu "Qalatasaray"ın müdafiəçisi ilə maraqlanır

12:02

Beynəlxalq transfer qaydalarında dəyişiklik

11:47

Mbappe tənqid hədəfinə çevrildi

11:30

Kasilyas sabiq klubunu məhkəməyə verdi

11:11

Tevesi Sampaoli əvəzlədi

10:49

"Zirə"də beş müqavilə

10:30

Baş məşqçi ilə yeni müqavilə

10:10

"Real"ın sabiq baş məşqçisi hansı klubla danışıq aparır?

09:50

FİFA-ya qarşı araşdırma

09:29

18 yaşlı hücumçu "Barselona"da

09:01

Dünya çempionatı start götürür

00:47

Sabiq “Fənərbaxça”lı “Şaxtyor”da

23:53

Kəmər dərəcələri üzrə növbəti rəsmi imtahan keçirilib

23:24

“Şamaxı”dan növbəti transfer

22:56

Beynəlxalq turnirlərdə medal qazanan parataekvondoçularla görüş keçirilib

22:40

Lənkəranda güləş festivalı baş tutub

21:57

Batut gimnastikası və tamblinq üzrə ölkə çempionatı keçirilib

21:21

“Yunayted”də kütləvi ayrılıq - RƏSMİ

20:58

“Tottenhem”dən yeni transfer

20:36

Yelkən komandamız Optimist Dünya Çempionatında iştirak edəcək

20:20

Karateçilərimizdən Avropa çempionatında 8 medal

19:53

8 şahmatçımız Dünya Kubokunda çıxış edəcək

19:22

“Turan Tovuz”da ayrılıq - RƏSMİ

18:57

“Benfika”nın yeni baş məşqçisi açıqlanıb

18:25

DÇ-2026: Avstraliya - Türkiyə matçının hakimi bəlli oldu

18:00

Məşhur qapıçı ilə yeni müqavilə

17:30

London klubunda ayrılıq

17:09

"Şəfa"da daha üç futbolçu ilə vidalaşdı

17:07

Şahmatçılarımız Dünya Kubokunda

16:49

Baş məşqçi postuna yeni namizəd

16:20

Bölgə klubu daha bir legioneri göndərdi

16:06

Kapitan növbəti oyunlar üçün söz verdi

15:47

Türkiyə millisində zədəli futbolçuların durumu

15:28

Federasiyadan yeni layihə

15:05

200 milyonluq təkliflər nəzərdən keçiriləcək

14:44

Mundialla bağlı 117 min nəfər təlimə cəlb olundu

14:23

Millimiz hansı səbətdə yer alacaq?