Son 4 mövsümün ən böyük hesabı

Bölmə adı Futbol / Premyer Liqa
Yayımlandı 8-04-2026, 12:23

Misli Premyer Liqasının XXVI turunun “Qarabağ” – “Karvan-Yevlax” matçında mövsümün ən böyükhesablı nəticəsi qeydə alınıb.


Sport1.az xəbər verir ki, Ağdam klubu ev matçında 7:0 hesablı qələbə qazanıb.


Bu, təkcə cari mövsümün deyil, son 4 çempionatda qeydə alınan ən böyük fərqdir. Sonuncu dəfə daha fərqli qələbə 2021/22 mövsümünə təsadüf edib. 1452 gün, təxminən 4 il əvvəl – 2022-ci aprelin 15-də “Qarabağ” “Şamaxı”nı 8 cavabsız qolla məğlub edib. 


Qeyd edək ki, turnirin tarixində 47-ci dəfə bir komanda rəqibini 7 və ya daha çox top fərqi ilə məğlub edib.

Müəllif: Mirze
OXŞAR XƏBƏRLƏR