15:00 1.05.2025 547

AFFA-nın möhlət konveksiyası - TƏHLİL

Keçənə güzəşt deyərlər

2025/26 mövsümündə Premyer Liqada komanda sayının artırılması ilə əlaqədar 14.03.2025-ci il tarixində AFFA İcraiyyə Komitəsi tərəfindən çempionata yüksəlməyə namizəd olan klublara infrastrukturunda, maddi-texniki bazasında, stadionlarında olan mövcud çatışmazlıqları aradan qaldırmaq üçün 1 illik möhlət verilib.

Bununla da bəzi suallar ortaya çıxdı:

1. Bir klub peşəkar Azərbaycan Premyer Liqasının minimum meyarlarını ödəmək qabiliyyətində deyilsə, komanda sayını artırmağın nə əhəmiyyəti var?

2. 1 ili belə yola vermək olursa, niyə növbəti mövsümlərdə də güzəşt olunmasın?

3. Möhlət verilən klublar 1 il sonra çatışmazlıqları aradan qaldırmasa, Premyer Liqanı tərk edəcəklər?

4. Yeni klublar 1 il müddətinə öhdəliyi yerinə yetirə bilməsə, I Liqada çıxış edənlərin də belə çatışmazlıqları olsa, Premyer Liqada klub sayı yenidən azaldılacaq?

Bu sualları daha da artırmaq olar. Amma məsələni qəlizləşdirməyək. Gəlin, bu 4 suala cavab tapaq:

1. Klublarının səviyyəsinə görə Avropanın böyük beşlik ölkələri olan Almaniya, İngiltərə, Fransa, İtaliya, İspaniya arasında iqtisadi gücü və əhali sayına görə ən yaxşısı sonuncudur. Bu ölkənin milli komandası 1964, 2008, 2012, 2024-cü illərdə Avropa, 2010-cu ildə isə Dünya çempionu olub. Son 25 ildə ən mötəbər klub turniri sayılan UEFA Çempionlar Liqasını 12 dəfə ispanlar qazanıb (“Real” 8, “Barselona” 4).

2009-cu ildən etibarən "Ballon d'Or" mükafatını İspaniya klublarında oynayan və ya bu ölkənin vətəndaşı olanlar alıb (yalnız 2 dəfə Lionel Messi PSJ və “İnter Mayami"nin heyətində qazanıb ki, onu da dünya futboluna İspaniya qazandırıb). Dövlətin 48 milyon əhalisi var. Hələ ölkə xaricində klublarını dəstəkləyənləri, ispan dilini əsas və ikinci olaraq qəbul edən 1,1 milyard insanı nəzərə almırıq. Buna rəğmən, La Liqada cəmi 20 klubu var. Yəni, hər 2,4 milyon nəfərə 1 klub. ÜDM, adambaşına düşən gəlir, futbola meyllilik, bu idman növü ilə məşğul olanlar kimi digər göstəricilərə heç girməyək. 10 milyon əhalimiz var, amma güzəştə möhtac klublara möhlət verib elitaya buraxırıq.

2. Premyer Liqanın yeni iştirakçılarına möhlət müəyyən dövr üçün mərhələli şəkildə verilməlidir. Məsələn, hər rüb müvafiq hesabat verməklə 5 illik layihə hazırlanmalıdır. Stimullaşdırıcı tədbirlər görülməlidir ki, klublar çatışmazlıqları aradan qaldırmaqda maraqlı olsunlar. İndi Premyer Liqaya gəlirlər deyə canfəşanlıq edə bilərlər. Lakin zamanla istəkləri azala bilər. 1 il ərzində işi çatdıra bilməyəcəklərini düşünsələr, heç nə etməyəcəklər.


3. Hər bir güzəşt davamında cəzanı da ehtiva etməlidir. Bu, stimullaşdırıcı tədbirlər qədər önəmlidir. Əks halda, bu, möhlət yox, idman prinsiplərinin pozulması olacaq. O zaman 1 illik möhlət dövrü güzəştə gedilən klubların inkişafını ləngitməklə yanaşı, digərlərinin də heç nə etməməsinə səbəb olacaq. Davamını siz düşünün. Baş verəcək mənfi məqamları sadalamasaq, yaxşıdır.

4. Deyək ki, klublar lazımi şərtləri ödəyə bilmədi, aşağı liqaya göndərildi, yerlərinə də lazımi şərtləri ödəyə biləcək klublar olmadı. Nə baş verəcək? Yenidən eyni səhv təkrarlanacaq? Yeni klublara da güzəşt edilməsə, o zaman ayrı-seçkilik edilmiş olacaq. Möhlət verilməsə, məcburiyyətdən Premyer Liqanın formatı dəyişdirilməli olacaq. Gəlin, məsələnin biznes və iqtisadi tərəflərinə baxaq. Futbola maliyə qoyan və qoymaq istəyən şəxslər onsuz da buradan pul qazanmağın çətin olduğunu anlayır. Bəziləri bu sahəyə müəyyən imtiyazlar qarşılığında yatırım edir. İndi bəzi iş adamları da AFFA-nın möhlət söhbətindən yararlanmaq istəyəcək. Onlara yox deyiləcək?

Nə etmək olar?

Premyer Liqada klub sayının 12-yə çatdırılması doğru qərardırsa, möhlət verilməsi də doğru qərardır. 12 komandalı çempionatın doğru-yanlış olduğunu 2026-cı ilin may ayında daha dəqiq biləcəyik.

Ümumiyyətlə, I Liqada çempion olan komanda birbaşa Premyer Liqaya yüksəlməlidir. Bu kluba bəlkə də möhlət verilə bilər, amma 1 illik yox. Yuxarıdakı 2-ci suala cavabda qeyd etdiyimiz kimi, 5 illik strategiyanın hazırlanıb reallaşdırılması şəklində. Əks halda çempionata yalnız lisenziya şərtlərini ödəyən klubları buraxmaq lazımdır. Hansı ki, infrastrukturu, maliyyə dayaqları yerindədir. Bəzi güzəştlər də etmək olar. Məsələn, maliyyə dayaqları yaxşı olmayan, amma normal infrastrukturu olan klublara lisenziya vermək lazımdır.

Fizikada konveksiya adlanan proses var. Enerjinin maye və qaz axını ilə köçürülməsidir. Bəzən konveksiya prosesində yaranan maye və qaz axını konvektiv axın da adlandırılır. İndi bunun futbolla, AFFA-nın möhlət söhbəti ilə əlaqələndirək. Federasiya klub sayını artıraraq kütləvilik yaradır, regionlarda futbolu canlandırmaq istəyir, məcburiyyətdən çatışmazlıqları olan klubları Premyer Liqaya buraxır. Azərbaycan futboluna sponsor, maliyyə axınını təmin edir. İdmanın bu sahəsinə marağı olan insanlar anlasın ki, pul xərcləmək istəyənlərə güzəşt ediləcək. Əsl konveksiya prosesi. Maye və qaz vasitəsi ilə axını təmin edir. Premyer Liqaya gələnlərə pul verir, infrastrukturu düzəltməsi üçün motivasiyası edir.

Gəlin, bir sualla yazını bitirək. Möhlət verilən klublardan hansısa biri avrokuboklara vəsiqə qazansa, amma infrastrukturunu düzəltməsə, onda necə olacaq?

AQİL ŞÜKÜROV
Hadisələri telegramda anında izləyin!
Keçid et

XƏBƏR LENTİ

01:05

DÇ-2026: Ev sahibi açılış matçını qalib başa vurdu

23:58

DÇ-2026: Argentina millisinin heyətində dəyişiklik

23:27

Nərgiz İsmayılova Avropa Voleybol Konfederasiyasından təyinat alıb

22:57

“Benfika”nın hücumçusu Türkiyə yolunda

22:24

Mourinyo yenidən “Real”da - RƏSMİ

21:47

DÇ-2026: Açılış mərasimi başlayıb

21:37

Millimizin üzvü dünya reytinqinin zirvəsində

20:58

Premyer Liqaya yüksəldi - LOQOSUNU DƏYİŞDİ

20:38

I Liqa klubunda yeni müqavilə

20:23

Stolüstü tennis üzrə Liqa turniri başa çatıb

19:58

Millilərimizin rəqibləri bəlli oldu

19:27

“Lill”in futbolçusu “Sabah”da - RƏSMİ

19:04

“Sabah”dan “Zirə”yə - RƏSMİ

18:54

“Şamaxı”dan növbəti transfer - RƏSMİ

18:15

Daha bir klub avrokubok oyunlarını Sumqayıtda keçirəcək - ÖZƏL

18:00

Bundesliqa təmsilçisindən transfer

17:32

İran mundial oyunlarını boykot edə bilər

17:31

"Qarabağ"da İdarə Heyətinin iclası keçirildi

17:07

Premyer Liqaya yüksələn klub baş məşqçini göndərdi

16:48

Ölkə çempionatı keçiriləcək

16:29

"Mançester Siti" sabiq futbolçusunu istəyir

16:12

"Karvan-Yevlax"da daha iki ayrılıq

16:06

Premyer Liqa klubu cərimələndi

15:45

"Beşiktaş"dan 9 milyonluq təklif

15:23

Klub tarixinin ən bahalı transferi

15:05

"Sabah"ın futbolçusu əməliyyat olundu

15:01

Millimiz FIFA reytinqində gerilədi

14:34

Mundialın tarixinə düşməyə hazırlaşırlar

14:04

PSJ ulduz futbolçunu heyətinə qatmağa çalışır

13:50

Elitaya yüksələn klub alban məşqçi gətirdi

13:30

Klub sahibinə sərt cəza

13:05

"Qarabağ"da yeni müqavilə - RƏSMİ

12:38

70 milyon avroluq tələb

12:19

Rusiya klubu "Qalatasaray"ın müdafiəçisi ilə maraqlanır

12:02

Beynəlxalq transfer qaydalarında dəyişiklik

11:47

Mbappe tənqid hədəfinə çevrildi

11:30

Kasilyas sabiq klubunu məhkəməyə verdi

11:11

Tevesi Sampaoli əvəzlədi

10:49

"Zirə"də beş müqavilə

10:30

Baş məşqçi ilə yeni müqavilə

10:10

"Real"ın sabiq baş məşqçisi hansı klubla danışıq aparır?

09:50

FİFA-ya qarşı araşdırma

09:29

18 yaşlı hücumçu "Barselona"da

09:01

Dünya çempionatı start götürür

00:47

Sabiq “Fənərbaxça”lı “Şaxtyor”da

23:53

Kəmər dərəcələri üzrə növbəti rəsmi imtahan keçirilib

23:24

“Şamaxı”dan növbəti transfer

22:56

Beynəlxalq turnirlərdə medal qazanan parataekvondoçularla görüş keçirilib

22:40

Lənkəranda güləş festivalı baş tutub

21:57

Batut gimnastikası və tamblinq üzrə ölkə çempionatı keçirilib

21:21

“Yunayted”də kütləvi ayrılıq - RƏSMİ

20:58

“Tottenhem”dən yeni transfer

20:36

Yelkən komandamız Optimist Dünya Çempionatında iştirak edəcək

20:20

Karateçilərimizdən Avropa çempionatında 8 medal

19:53

8 şahmatçımız Dünya Kubokunda çıxış edəcək

19:22

“Turan Tovuz”da ayrılıq - RƏSMİ

18:57

“Benfika”nın yeni baş məşqçisi açıqlanıb

18:25

DÇ-2026: Avstraliya - Türkiyə matçının hakimi bəlli oldu

18:00

Məşhur qapıçı ilə yeni müqavilə

17:30

London klubunda ayrılıq

17:09

"Şəfa"da daha üç futbolçu ilə vidalaşdı

17:07

Şahmatçılarımız Dünya Kubokunda

16:49

Baş məşqçi postuna yeni namizəd

16:20

Bölgə klubu daha bir legioneri göndərdi

16:06

Kapitan növbəti oyunlar üçün söz verdi

15:47

Türkiyə millisində zədəli futbolçuların durumu

15:28

Federasiyadan yeni layihə

15:05

200 milyonluq təkliflər nəzərdən keçiriləcək

14:44

Mundialla bağlı 117 min nəfər təlimə cəlb olundu

14:23

Millimiz hansı səbətdə yer alacaq?