“Turan Tovuz” üçün bahalı yarımfinal - 20 min manatlıq cəza

Bölmə adı Futbol / Premyer Liqa / Manşet
Yayımlandı 9-04-2026, 14:09

AFFA İntizam Komitəsinin iclası keçirilib.



Sport1.az xəbər verir ki, İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul edilib.




Misli Premyer Liqası XXVI tur

7 aprel 2026-cı il tarixində Misli Premyer Liqasında XXVI turun “Zirə” – “Şamaxı” oyununa Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə “Zirə” komandası 2000 manat cərimə edilsin (maddə 99, 57.2);



7 aprel 2026-cı il tarixində Misli Premyer Liqasında XXVI turun “Zirə” – “Şamaxı” oyununun 53-cü dəqiqəsində “Şamaxı” komandasının 11 nömrəli futbolçusu Dioqo Balau ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun oyuna buraxılmasın, “Şamaxı” komandası 1000 manat cərimə edilsin (maddə 44.1);



7 aprel 2026-cı il tarixində Misli Premyer Liqasında XXVI turun “Araz-Naxçıvan” – “Sabah” oyununda “Araz-Naxçıvan” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Araz-Naxçıvan” komandası 700 manat cərimə edilsin (maddə 43.1);



7 aprel 2026-cı il tarixində Misli Premyer Liqasında XXVI turun “Araz-Naxçıvan” – “Sabah” oyunu bitdikdən sonra “Araz-Naxçıvan” komandasının baş məşqçisi Andrey Demçenko hakimin qərarına etiraza görə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın, “Araz-Naxçıvan” komandası 2500 manat cərimə edilsin (maddə 51.2);



Bizon Azərbaycan Kuboku ½ final ilk oyunlar

3 aprel 2026-cı il tarixində Bizon Azərbaycan Kubokunda yarımfinalın ilk oyunu “Turan Tovuz” – “Zirə” görüşündə “Turan Tovuz” komandasının azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə “Turan Tovuz” komandası 5000 manat cərimə edilsin (maddə 52.5);



3 aprel 2026-cı il tarixində Bizon Azərbaycan Kubokunda yarımfinalın ilk oyunu “Turan Tovuz” – “Zirə” görüşü bitdikdən sonra “Turan Tovuz” klubunun idarə heyətinin sədri Ehtiram Quliyev AFFA-nın, onun orqanlarının və ya üzv təşkilatlarının nüfuzunu və etibarlılığını qəsdən alçaldan, şübhə altına qoyan açıqlamalar verdiyinə görə “Turan Tovuz” komandası 15000 manat cərimə edilsin (maddə 88.4);



3 aprel 2026-cı il tarixində Bizon Azərbaycan Kubokunda yarımfinalın ilk oyunu “Turan Tovuz” – “Zirə” oyununda “Zirə” komandasında 4 nəfər sarı vərəqə aldığı üçün “Zirə” komandası 700 manat cərimə edilsin (maddə 43.1).

OXŞAR XƏBƏRLƏR