"Barselona" üçün "Nou Kamp" həsrətinə son

Bölmə adı İspaniya
Yayımlandı 31-10-2025, 23:34

“Barselona” noyabr ayında “Kamp Nou”ya qayıdır.

Sport1.az xəbər verir ki, kataloniya klubu noyabrın 7-də “Selta” ilə La Liqa oyunu ərəfəsində təmir olunmuş “Kamp Nou” stadionunda açıq məşq keçirməyi planlaşdırır.

Klubun rəsmi saytında bildirilir ki, bu tədbir stadionun sistemlərini, infrastrukturunu və giriş-çıxış prosedurlarını rəsmi oyunlardan öncə sınaqdan keçirmək məqsədi daşıyır.

Məşqi 23 minə qədər azarkeş tribunadan izləyə biləcək.

Xatırladaq ki, “Kamp Nou”nun yenidənqurma işlərinə 2022-ci ilin iyununda başlanılıb. Bu müddət ərzində “Barselona” ev oyunlarını Olimpiya Stadionunda və “Johan Cruyff Arena”da keçirib.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR